Şah İsmayılla bağlı yazımıza – Rəsmi cavab

Şah İsmayılla bağlı yazımıza – Rəsmi cavab

Müəllif: Redaktor

Baş Redaktor

shahismayilffYenicag.az-ın AMEA Milli Azərbaycan Tarixi Muzeyində açılan “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisi ilə bağlı yazısı qalmaqala səbəb olub.

Belə ki, sərginin afişasında Şah İsmayılın XVI əsrdə naməlum Florensiyalı rəssam tərəfindən çəkilmiş portretindən istifadə olunub. Həmin portretin üstündə “Sophy PERS” sözləri yazılıb. Yəni, Azərbaycan dövlətinin banisi olan Şah İsmayıl Xətai fars hokmdarı kimi təqdim olunur.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı məsələ ilə bağlı Aznews.az-a açıqlama verib. Bunun qərəz xarakterli olduğunu deyib: “Həmin şəkil Şah İsmayılın öz dövrünə uyğun olan bir əsərdir. Şəklin originalı Uffitsi muzeyindədir və müəllifi italiyalı rəssamdır. Yəni, hər kəsə məlum şəkildir, təzə bir şəkil deyil və biz onu özümüzdən icad etməmişik. Şəklin yuxarısında latın əlifbası ilə – pers yazılıb. Yəni Şah İsmayılın fars hökmdarı olduğu göstərilib. Biz də əsərin original versiyasından istifadə etmişik. Lakin bu o demək deyil ki, Şah İsmayılı fars hökmdarı kimi qələmə vermişik. Gəlsinlər bizim sərgiyə baxsınlar. Orada əksinə, Şah İsmayılın türk mənşəli olması haqqında ayrı-ayrı alimlərin məlumatları var”.

N.Vəlixanlı qeyd edib ki, Avropa rəssamının həmin şəkili bütün dünyada məşhurdur: “Uffitsi çox məşhur muzeydir. Rəssamın da əsəri orada asılıb. Bizdə olan şəkil isə həmin əsərin sürətidir. Bizim ixtiyarımız yoxdur ki, o rəssamın əsərinin üstündən nəyisə pozaq. Əksinə, biz onu pozsaq düzgün çıxmaz, məsələni bir az da qabartmış oluruq. Guya ki, biz ondan qorxuruq, ya da çəkinirik. Əslində isə biz qətiyyən çəkinmirik. Şah İsmayıl haqqında deyilən fikirlər heç vaxt birmənalı olmayıb. Onu kürd, ərəb və başqa mənşəli təqdim edənlər də olub. Bu o demək deyil ki, Şah İsmayıl türk deyil?”

Direktor sözügedən sərginin üstündə xeyli vaxtdır ki, işlərin getdiyini deyib: “Sərgi üzərində xeyli müddətdir ki, iş gedir. Niyə təhqir edirlər? Biz tənqidi qəbul edirik. Ancaq qərəz və təhqir yolverilməzdir”.

Cəmiyyət, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti