Yazı İçi 468×60

millimeclisAzərbaycanda vergi ödəyicilərinin vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər üzrə borcları silinəcək.

Yenicag.az xəbər verir ki, “Vergi borclarının tənzimlənməsi ilə bağlı hazırlanan qanun” layihəsi bu gün Milli Məclisin plenar iclasında təsdiq olunub.

Vergi ödəyicilərinin vergilərinin Vergilər Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci il yanvarın 1-i tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqlərində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinəcək.

Vergi ödəyicilərinin vergi orqanları tərəfindən Məcəllənin 58.7 maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyları üzrə 2017-ci il yanvarın 1-nə yaranmış vergi orqanlarındakı şəxsi hesab vərəqlərində mövcud olan borcları müvafiq icra hakimiyyəti tərəfindən silinəcək.

Digər maliyyə sanksiyaları üzrə yaranmış vergi borclarının silinməsi aşağıdakı qaydada həyata keçirilir:

– vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30%-i ödənildikdə – maliyyə sanksiyalarının ödənilməmiş 70%-i müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinəcək;

– vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50%-i ödənildikdə – maliyyə sanksiyalarının ödənilməmiş 50%-i silinəcək;

– vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-mart ayları ərzində həmin maliyyə sanksiyalarının 70%-i ödənildikdə – maliyyə sanksiylarının ödənilməmiş 30%-i silinəcək.

Bu qanun borcların məcburi ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2017-ci il yanvarın 1-nə mövcud olan ödənilməmiş hissələrinə də şamil edilir.

Qeyd edək ki, qanun layihesi 1 yanvar 2017-ci il tarixdən qüvvəyə minir.

 

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 24
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."