!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Sahibkarlığın inkişafına dəstək təşəbbüslərinin reallaşdırılması” LAYİHƏSİ

!Reklam – Yazi

abe112cb-c3cd-4f0d-a4cb-34123027ce9bAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşən və “Savadlı Cəmiyyət” Müasir Təhsilə Dəstək İctimai Birliyinin may ayından icrasına start verilmiş və 3 ay ərzində gerçəkləşən “Sahibkarlığın inkişafına dəstək təşəbbüslərinin reallaşdırılması” layihəsinin məqsədi gənclər arasında düzgün ixtisas seçmə və eləcə də, onların gələcəkdə məşğulluq vəziyyətinin yaxşılaşdırması və əmək bazarına çıxışa hazır olması istiqmətində baza biliklərinə yiyələnməsinə nail olmaq və biznesin inkişafı və davamlı fəaliyyəti üçün effektiv yerli və xarici təcrübələrin təbliğidi.

Əvvəlcədən verilən elanlar vasitəs ilə müraciət edən şəxslər arasından iyul ayı ərzində mövzuya daha çox maraq göstərənlər arasından ümumilikdə 25 nəfərədən ibarət dinləyici qrupu yaradıldı və “Rəhbərliklə işgüzar münasibətlərin qurulması”, “Biznes planlarının hazırlanması”, “Biznesin inkişafı və davamlı fəaliyyət üçün effektiv təcrübə” mövzularını əhatə edən təlimlər keçirildi.

Təlimlər zamanı dinləyicilərə təqdim edilən prezentasiyalar və digər təlim materialları CD-lərə köçürülərək çoxaldıldı. Bu materiallar həm təlim iştirakçılarına paylandı, həmçinin də, layihə üzrə digər tədbir iştirakçılarına da təqdim edildi.

Qeyd edək ki, Bakı şəhəri ərazisində həyata keçiriləcən fəaliyyətlərdə layihənin işçi qrupu qarşıya bir neçə vəzifənin icrasını qoymuşdu:

– Məktəblərin yuxarı sinif şagirdləri arasında düzgün ixtisas seçimi üzrə məlumat xarakterli seminarların təşkili;
– Universitetlər, kolleclər və s. məzun olan gənclərin işlə təmin edilməsi üçün effektiv strategiyanın tətbiqi üçün təlimlərin keçirilməsi (Təhsildən iş bazarına keçidin təmin edilməsi);
– Layihə iştirakçılarının iş yerləri ilə təmin olunması üçün informativ-maarifləndirmə fəaliyyətinin, həmçinin hüquqi biliklərin artırılmasına nail olmaq;
– Biznes ideyalara dəstək üçün başlanğıc (start-up) maliyyəyə çıxışı, inzibati və hüquqi biliklər, biznesə dəstək və inkişaf istiqamətində biznes planlarını hazırlanması üzrə yardım;
– Layihə iştirakçıları üçün işədüzəlmə prosesində “Uğurlu yol xəritəsi”nin hazırlanması (CV-nin hazırlanması, İş müsahibəsində özünü təqdimetmə “alətləri”, Rəhbərliklə peşəkar işgüzar münasibətlərin qurulması üçün lazım olan addımlar).

Layihədən faydalananlar arasında univeristet, kollec və s. təhsil müəssisələrini bitirməyə hazırlaşan gənclər, yuxarı sinif şagirdləri, iş axtaran, şəxsi biznesini qurmaq arzusunda olan gənclər qrupları və biznes ideyaları üçün dəstək axtaran gənclər oldu.

www.yenicag.az

682
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv