!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sahibkarlıq sahəsində yoxlamalar rəsmən dayandırıldı – 2021-ci ilə qədər  

!Reklam – Yazi

Milli Məclisin bu gün keçirilən plenar iclasında sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasının müddətinin uzadılması ilə bağlı qərar qəbul edilib.

Yenicag.az xəbər verir ki, Milli Məclisin bu gün baş tutan plenar iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsini təqdim edən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik təklif edildiyini deputatların diqqətinə çatdırıb.

Z. Səmədzadənin sözlərinə görə, təklif olunan dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulur. Bundan başqa, sözügedən qanuna yeni maddə də əlavə olunub:

“Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması bu sahədə müsbət dəyişikliyə səbəb olub. Elə sahələr var ki, bu sahələr iqtisadi, dövlət, qida təhlükəsizliyi ilə bağlıdır.

Ona görə, qanunun tətbiq dairəsi adlanan ikinci maddədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi, qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar ayrıca maddə kimi əlavə edilib.

Bu, çox vacib məsələdir. Dərman vasitələrinin keyfiyyəti və təhlükəsizliyi Səhiyyə Nazirliyi tərəfindən, qidaların keyfiyyətinə nəzarət isə 2018-ci ildə fəaliyyətə başlayacaq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılacaq “.

Çıxış edən millət vəkili Qənirə Paşayeva isə bildirib ki, müzakirə olunan qanunun tətbiq sahəsinə əmək qanunvericiliyinə nəzarət məsələsi də daxil edilməlidir:

“Biz müəyyən sahibkarlar tərəfindən əmək müqaviləsi olmadan işçilərin çalışdırılması hallarının şahidi oluruq. Yaxud, əmək müqaviləsində nəzərdə tutulandan aşağı məvacib verilir. Bu insanların gələcək taleyi necə olacaq?

Dövlət Əmək Müfəttişliyi öz fəaliyyətini artırmalıdır. İnsanların iş yerlərinə ehtiyacı var. Öz hüququnu qoruyan insanlar onların yerinə başqalarının gətirilməsindən ehtiyatlanır. Buna görə də onlar əmək müqaviləsi olmadan çalışmaq məcburiyyətində qalırlar”.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Araz Zeynalov

www.yenicag.az

2542
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv