Yazı İçi 468×60

Xəbər verdiyimiz kimi, tanınmış rejissor Şahin Zəkizadə dünyasını dəyişib.

Zəkizadə sonuncu dəfə Zümrüd Qasımovanın aparıcılıq etdiyi “Gəlin danışaq” verilişinin qonağı olub.

Verilişdə Səbinə Zəkizadənin həyat yoldaşı barədə fikirlərinin əks olunduğu süjet təqdim olunub. Səbinə göz yaşlarını saxlaya bilməyib, Şahini çox sevdiyini söyləyib:

“Həkimlər müalicə edəndən sonra dedilər ki, xərçəngdir. Dünyam başıma yıxıldı. Çox qorxurdum. Şükür ki, hər şey yaxşı oldu. Buradan xalqımıza təşəkkür edirəm. Şahin bilir ki, onu çox sevirəm. Allah onu üstümüzdən əksik etməsin”.

Bu kadrları izləyən Şahin kövrəlib, daha sonra studiyaya onun iki övladı yaxınlaşıb.

Aylar sonra efirə çıxan Şahin qızı Fatimənin 1-ci sinfə gediyini, ilk dərs günündə onun yanında ola bilmədiyini deyib:

“Xəstəlik dövründə məni yandıran bir şey oldu ki, məktəbin ilk günündə onun yanında olmadım. Gedə bilmədim. Şükürlər olsun ki, övladlarım yanımdadır. Onları tək qoymamışam. Mənə dəstək olan bütün insanlara təşəkkür edirəm.

Tanımadığım o qədər insan mənə dəstək oldu ki, mesajların çoxunu heç oxuya bilmirdim. Bu xəstəliyə tutulanlar və təzəcə özündə kəşf edənlər çalışsınlar ki, həyatda tutuna biləcək bir şey tapsınlar. Müsbət notlara köklənsinlər”.(Qafqazinfo.az)

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 38
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."