!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şairə Səadət Butanın özünü asan oğlunun gizli məktubu üzə çıxdı: Mənim ölümümdə... - TÜKÜRPƏDƏN TƏFƏRRÜATLAR - VİDEO-REPORTAJ

!Reklam – Yazi

Xəbər verildiyi kimi tanınmış şairə Səadət Butanın 47 yaşlı oğlu intihar edib. Binəqədi rayonu, Biləcəri qəsəbə sakini 47 yaşlı Məmməd Abdullayev yaşadığı evdə özünü asıb. Binəqədi Rayon Prokurorluğunda faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Hazırda yas mərasimində olan Yeniçağ.az-ın əməkdaşının verdiyi məlumata görə, mərhum bu dəqiqələrdə son mənzilə yola salınır. Dəfnin 1 gün gecikdirilməsinə səbəb Məmməd Abdullayevin Rusiyada yaşayan bacısının vida mərasiminə vaxtında çata bilməməsi olub.

Şairə Səadət Buta göz yaşları içində oğluna ağı deyirdi:

“Telli Borçalının anasının cümə axşamısına getmişdim. Balamın vay xəbərini aldım. Mənim qələmim sındı daha… Səadət bədbəxt oldu, ay ellər…”

Hadisənin təfərrüatlarını isə mərhumun həyat yoldaşı Arzu xanım danışır:


” Bir-iki il əvvəl insult keçirtmişdi, ağrıları vardı. Düzdür, hərdən bezirdi, amma ruhdan düşməyə qoymurduq. Srağagün saat 7 tamamda evə çatdım. İçəri girəndə gözlərimə inanmadım. Məmməd özünü kəndirlə asmışdı. Necə qışqırdım, köməyə kimi çağırdım, xatırlamıram. Təcili yardım da gəldi, amma gec idi. Mənimçün məktub yazıb qoyub. Yazıb ki, ” ölümümdə heç kim günahkar deyil; sadəcə, həyatdan bezdim və gedirəm”. Mən özümü qınayıram. Bəlkə də bir az tez gəlsəydim onu xilas edə bilərdim”.

Qonşularının dediyinə görə, Məmməd Abdullayev olduqca sakit, mehriban adam olub. Mərhum Binə qəbristanlığında dəfn olunacaq.

Allah rəhmət eləsin!

Cəvahir Səlimqızı
Cəmalə Əlizadə
Yeniçağ.az

www.yenicag.az

1961
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv