!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sakaryada Xocalı soyqırım qurbanları anıldı-Foto

!Reklam – Yazi

xczcxSakarya Universiteti Azərbaycanlı Tələbələr Birliyi Xocalı soyqırımının 23-cü ildönümünü ilə əlaqədar konfrans təşkil edib.

Yenicag.az aznews-a istinadən bildirir ki, konfransda Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, Azərbaycanın İstanbuldakı konsulu Seymur İlyaslı, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Sakarya Universitetinin müəllim və tələbələri iştirak ediblər.

Sakarya Universiteti Azərbaycanlı Tələbələr Birliyinin sədri Aliq Bağırov Xocalı haqqında qısa məlumat verdikdən sonra çıxış edənlər Xocalı soyqırımının müxtəlif coğrafiyalarda yaşayan türk xalqlarını bir araya gətirəcək faciəli hadisə olduğunu deyiblər. Konfransda Xocalı soyqırımını törədən Ermənistan silahlı qüvvələrinin yalanlarının birdəfəlik ifşası üçün Azərbaycan və Türkiyənin daha sıx fəaliyyətinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, 1918-ci ilin mart qırğınları və Xocalı soyqırımını törədən ermənilərin vəhşilikləri əsla unudulmamalıdır.

Konfransda digər türk xalqlarının qarşıladığı problemlərdən də bəhs olunub, 23 il əvvəl Xocalıda baş verənlərin bu gün Şərqi Türküstan və Kərkükdə törədildiyi vurğulanıb. Gələcəkdə bütün bu problemlərin yaşanmaması üçün gənclərin tarixi daha dərindən öyrənməsinin vacibliyi qeyd olunub.

Konfransda həmçinin Azərbaycan-Türkiyə münasibətlərindən danışılıb, Türkiyə parlamentinin Xocalı soyqırımını tanıyacağına ümid ifadə olunub. Tədbirdə “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyəti barədə çıxışlar olub. Bildirilib ki, məhz bu kampaniyanın nəticəsi olaraq dünyanın bir sıra ölkələrində Xocalı soyıqırımı tanıdılıb və qəbul edilib.

Çıxışlardan sonra Xocalı soyqırımına həsr edilmiş sənədli film nümayiş etdirilib və konfransda çıxış edənlərə təşəkkür plaketləri təqdim olunub.

www.yenicag.az

672
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv