!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Salyanda məcburi köçkün mühasirədə-evindən çıxa bilmir — Foto

!Reklam – Yazi

610x380xsalyan.jpg.pagespeed.ic.vSOaTNE1LIÖtən gün Salyan rayonu Yuxarı Noxudlu kəndində məskunlaşmış Qubadlı rayonundan məcburi köçkün Novruzov Əli İsa oğlunun rayon rəhbərliyi və sözügedən kəndin sakinləri tərəfindən təzyiqə məruz qaldığı barədə məlumat vermişdik. Şikayətçi bu gün yenidən bizim əlaqə saxlayaraq, vəziyyətinin daha da ağırlaşdığını bildirib.

Qeyd edək ki, müraciətdə N.Əli bildirirdi ki, bu ilin mart ayının 10-da atası Novruzov İsa dünyasını dəyişib və həmin gündən etibarən kənd icra nümayəndəsinin və bir sıra sakinlərin təzyiqinə məruz qalıb:

“On altı ildir ki, bizim burada əkib becərdiyimiz torpaq sahəmiz var. Atam martın 10-da dünyasını dəyişib. Onun qırxı çıxmamış yerə bir neçə şəxs iddia qaldırdı. Bu barədə rayon icra başçısının müavini Təranə xanıma müraciət etdim. Aprelin 10-da polis əməkdaşı Cəfərov Rəşad məni təhqir etdi. Bu adam həmin torpağa iddia edir. Mənə dedi ki, sən qaçqınsan burda nə gəzirsən, get torpağını al, ya da ermənilərlə yaşa. Halbuki bizim ailədən şəhid də var, Qarabağ veteranı da. Eyni sözləri kənd icra nümayəndəsi Kamran əsədov da təkrarladı. Bu yerə kəndin digər sakini Məmmədov Vüqar Sərxoş oğlu da iddia edir. Həyatım təhlükədədir, bu adamlar məni hədələməkdən, təhqir etməkdən çəkinmirlər. İki gün öncə Daxili İşlər Nazirliyində məsul şəxsin qəbulunda oldum. Bu gün nazirlikdən Ağayev soyadlı polkovnik-leytenant gəldi. Bu şəxslər polkovnik-leytenantın yanında da məni təhqir etdilər. İnanıram ki, aidiyyatı qurumlar bununla bağlı tədbir görəcəklər. Çünki mənim başqa gedəcək yerim yoxdur, bu kənddə on ildir müəllim işləyirəm, böyük ailəyə baxıram. Amma bu adamlar mənim məcburi köçkün olduğumu əsas gətirib kənddən çıxmağımı istəyirlər”.

Məcburi köçkün bugünkü müraciətində qeyd edir ki, ailə üzvlərinin həyatı təhlükədədir:

“Daxili İşlər Nazirliyindən gələn nümayəndəyə zəng vurmuşam ki, dünən sizin yanınızda məni təhqir etdilər, bu məsələ ilə bağlı hər hansı ölçü götürüləcək? Deyir ki, nə ölçü götürülməlidir, siz orada mübahisə edirdiniz də. Mən müəlliməm və əkdiyim torpağı da əlimdən aldıqları üçün başqa qazanc yerim yoxdur. Ancaq ailəmin təhlükəsizliyi üçün iki gündür evdən heç yerə çıxa bilmirəm. Dünən səhər saat 5-ə qədər yatmamışam ki, birdən nəsə edərlər. Bütün gecəni adını çəkdiyim şəxslər evimin ətrafında fırlanırlar. Bu gün də işlədiyim məktəbin direktoruna zəng vurub demişəm ki, dərsə gələ bilməyəcəyəm. Doğrudanmı bu ölkədə məcburi köçkünün yaşaması qadağandır? Atamın səhhəti həmin sahədə pisləşmişdi və bir neçə saat sonra xəbər tutmuşduq. İndi belə düşünürəm ki, bu hadisə də elə-belə baş verməyib. Çünki gümrah və sağlam adam idi. Deməli, burada da mənim bilmədiyim nələrsə var. Evdən çıxanda da çox gümrah idi, bəs niyə birdən-birə sağlam adam yerdə qalsın? Sizin vasitənizlə aidiyyatı qurumların rəhbərlərinə səslənirəm. Bu işin axırı cinayətə doğru gedir. Gərək ailə üzvlərimdən kimisə öldürsünlər, sonra müdaxilə olunsun. İnanın Allaha ki, evdən heç yerə çıxa bilmədiyimə görə bazarlığımı qohumum edib. Baş prokurora, daxili işlər nazirinə, Salyan rayonunun rəhbərliyinə, Salyan rayonunun millət vəkillərinə, eləcə də Qubadlının deputatı İmamverdi ismayılova müraciət edirəm. Xahiş edirəm, bu durumdan çıxmağıma yardımçı olun”.

Mövzunu diqqətdə saxlayacağıq. (ölkə)

www.yenicag.az

778
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv