Salyanlılar yeni icra başçısını döydülər (?)

Müəllif: Baş Redaktor

Baş Redaktor

sevindikhetemovvvSalyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov aprel ayının 26-da Xələc kəndində keçirdiyi görüş zamanı arzuolunmaz hal yaşanıb. Bu barədə AZERİNFO.ORG saytı məlumat yayıb.

Məlumatda deyilir ki, icra başçısının sakinlərlə görüş zamanı qalmaqal yaşanıb. Belə ki, kənd sakinlərindən bəzilərinin “gündəlikdən kənar” çıxışları başçını əsəbləşdirib. Sevindik Hətəmovun həmin sakinlərə sərt cavabı vəziyyəti gərginləşdirib. Bir neçə kənd sakininin başçıya hücum çəkdiyi, lakin ağsaqqalların araya girərək, vəziyyəti sakitləşdirdikləri bildirilir.

Qeyd edək ki, bu Sevindik Hətəmovun sakinlərlə ilk qarşıdurması deyil. Onun hələ Yardımlıda olarkən, Elçin adlı iş adamı ilə arasından başlanan münaqişə zamanı döyüldüyü danışılır.

O zaman münaqişənin əsas sahibinin icra başçısının sahibkardan parkın abadlaşdırılması üçün pul tələb etməsi olduğu bildirilirdi.

Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc edə bilərik.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır