www.sinerjipro.net

SinerjiProWide
Reklam

timthumb (1)Azərbaycan qısa müddət ərzində inkişaf etmiş turizm sahəsinin formalaşdırılmasına nail olub. Məşhur brendlərə məxsus beşulduzlu otellərin, yüksəksəviyyəli istirahət zonaları və restoranların, həmçinin müasir aeroportların sayına görə Azərbaycan Cənubi Qafqaz regionunda liderdir. Lakin yaradılmış infrastruktura rəğmən, yerli turizm biznesi qiymətlər baxımından rəqiblərinə ciddi şəkildə məğlub olur. Problem o qədər ciddi xarakter alıb ki, Azərbaycan Prezidenti İlham Əliyev mövcud vəziyyəti sərt tənqid edib, problemlərin aradan qaldırılması üçün dərhal təkliflərin hazırlanması tapşırığını verib.

Lakin son onilliyin təcrübəsi göstərir ki, turizm sahəsində rəqabət səviyyəsi hələ də lazımi həddə deyil və bu sahədə qiymətlər ölkə əhalisinin əksəriyyəti üçün əlçatmazdır.

Jurnalist həmkarlarımızdan biri artıq uzun müddətdir ki, ailəsiylə birgə 31 dekabr həmrəylik gunu həm də Yeni İl bayramini maraqlı keçirmək istədiyini deyir. O, bu məqsədlə rayonlarimizda yerləşən bir çox otellərdə olan qiymətlərlə maraqlanıb və maraqlı araşdırma aparmış olub. Otellərin əksəriyyətində bayram paketi hələ hazır olmadigindan bir neçə gün ərzində heç bir məlumat ala bilməyib. Həmkarımızın sözlərinə görə, ilk olaraq möhtəşəmliyi ilə göz qamaşdıran 5 ulduzlu “Şamaxı Palace “oteli bayram paketinin hazir oldugunu bildirib və özünü otelin meneceri kimi təqdim edən Mirağa adlı şəxs cox həvəslə şərtləri deyib:

” Mirağa deyir ki, bayram gunu iki nəfər gecəsi 500 manata otelimizdə qala bilər. Buraya yalniz səhər və axşam yeməkləri daxildir. Bir de onların diliylə desək, həmin gecə “tanınmış” müğənniləmizin konserti nəzərdə tutulur. Bir sözlə, bir çox şişirdilmiş təsvirlərlə bizi məlumatlandırdıqdan sonra kecdi əsas məsələyə.

Əgər, bizim otelimizde bayram kecirmək istəyirsinizsə minimum iki gecə rezerv elətdirməlisiz.Bu da o deməkdir ki, Yeni İl bayrami bir ailəyə 1000 manata başa gəlir. İki gunun gunorta yeməklərini də nəzərə alsaq 1500 manata yaxın pulun olmalıdırki sən öz Vətənində alababat bayram keçirəsən.
Bu da mədəni soyğunçuluq anlamına gəlir. Çünki bu qiymətlər yalnız oliqrxalşmış azərbaycanlıların büdcəsinə uyğun ola bilər”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 98
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."