!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şamaxı polisindən prezidentə şikayət – Rəis cinayətkarı qoruyur-Fotolar

!Reklam – Yazi

11855452_979993195376682_531952838_n2ertgŞamaxı polisindən ölkə rəhbərliyinə şikayət olunub.

Müraciətdə bildirilir ki, Polis Şöbəsinin rəisi cinayət törətmiş şəxsi müdafiə edir, zərərçəkənlərin haqlarını tapdalayır.

Şikayətə səbəb olan hadisə iyulun 17-dən 18-nə keçən gecə Şamaxı rayonunun Məmməd Əfəndiyev küçəsində baş verib. Raqib Sarıyev adlı şəxs evə gələrkən, keçmiş qohumları olan Şamaxı rayon sakinləri – Taleh Eyvazov və Seymur Eyvazov tərəfindən saxlanılıb. Sözügedən şəxslər “Niva” markalı avtomobillə R.Sarıyevin maşının qarşısını kəsiblər. R.Sarıyev avtomobildən düşmək istəyəndə həmin şəxslər əllərindəki dəyənəklə onun başına zərbələr endirməyə başlayıb, daha sonra isə bel və kürək nahiyəsindən 5 bıçaq zərbəsi vurub, qaçıblar.

Yaralı Şamaxı rayon xəstəxanasına çatdırılıb və xoşbəxtlikdən onu xilas etmək mümkün olub. Hadisə ilə bağlı Şamaxı rayon Polis İdarəsinə məlumat verilib. Lakin polis idarəsi cinayəti açıb, cinayəti törədənlərlə bağlı tədbir görmək əvəzinə, işi ört-basdır etməklə məşğuldurlar.

11868874_979993208710014_546379439_n6

Zərərçəkmişin atası Əmrah Sarıyevin verdiyi məlumata görə, hadisənin üstündən 1 aya yaxın vaxt keçməsinə baxmayaraq polis heç bir tədbir görməyib:

“Hətta oğlumu yaralayan şəxslərin ifadəsi belə alınmayıb. Sonradan bildik ki, cinayəti törədənlərin polis idarəsi ilə yaxın əlaqələri var. Buna görə də işin icraatı ilə bağlı öhdələrinə düşən vəzifələri yerinə yetirmir, habelə cinayətin ört-basdır edilməsi üçün müxtəlif yollara əl atırlar. Əks halda hadisədən xeyli vaxt keçməsinə baxmayaraq işin istintaqı ilə bağlı zəruri tədbirlər həyata keçirilərdi”.

R.Sarıyevin valideynləri məsələ ilə əlaqədar prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıblar. Onlar oğullarına qarşı soyuq silahdan istifadə edərək onu öldürmək istəyən şəxslərin barəsində ciddi tədbir görülməsini, işin Şamaxı rayon Polis İdarəsinin icraatından alınıb, müvafiq orqanlara verilməsi üçün aidiyyatı qurumlara göstəriş verilməsini istəyirlər.

11872809_979993192043349_1662909861_n5

Xatırladaq ki, oxşar hadisə Bakının Suraxanı rayonunda da qeydə alınmışdı. Qaynı və qaynatası tərəfindən bıçaqlanan kürəkən Mahir Abdullayev dəfələrlə polisə şikayət etməsinə baxmayaraq, polis heç bir tədbir görməmiş və onu bıçaqlayan şəxslər həbs edilməmişdi. Lakin saytımızda məsələ ilə bağlı yazı dərc edildikdən sonra işdə təqsirkar bilinən Orxan Ağabalayevin ifadəsi alınmış və nəzarətə götürülmüşdü(aznews)

www.yenicag.az

1402
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv