!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şamaxıda ağır qəza – 1 ölü, 2 yaralı – Fotolar

!Reklam – Yazi

d6b0268b73d815a087166213cb980155Şamaxı rayonunda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Hadisə bu gün səhər saat 8:30 radələrində Şamaxı-Göylər avtomobil yolunda qeydə alınıb.

Rayon sakini 1978-ci il təvəllüdlü Soltanov Natiq Tapdıq oğlunun idarə etdiyi 56-BG-132 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı minik avtomobili qarşı tərəfdən gələn 1962-ci il təvəllüdlü Nəbiyev Pənah Qədir oğluna məxsus 56-BG-014 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı “VAZ 2106”-nın sürücüsü Natiq Soltanov və sərnişini 1985-ci il təvəllüdlü Əliyev Arif Şahlar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

“VAZ 2107”nin sürücüsü Pənah Nəbiyev isə aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.(APA)

www.yenicag.az

572
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv