Şamaxıda dəhşətli fakt: Qatil bələdiyyə sədri məsuliyyətdən necə yayındırılıb?

Şamaxıda dəhşətli fakt: Qatil bələdiyyə sədri məsuliyyətdən necə yayındırılıb?

Müəllif: Redaktor

Editor

1462280078_1447221170_vŞamaxı şəhərində ağır və xüsusilə ağır cinayət hadisəsi ört-basdır edilib.

Bu barədə Vətəninfo.az-ın redaksiyasına Şamaxı şəhəri, Avaxıl kənd sakini Əfəndiyev Çingiz Neman oğlu müraciət edib. Şikayətçi deyir ki, artıq 16 ildir ki bu barədə müraciət etmədiyi orqan yoxdur. Amma, bütün müraciətləri, şikayətləri ört-basdır edilir, törədilən qətl hadisəsinin üstü açılmır.

Çingiz Əfəndiyev bildirir ki, qətl hadisəsi 2001-0ci ildə may ayının 6-da baş verib. Qətlə yetirilən şəxs isə onun doğma əmisi, Avaxıl kəndinin ağsaqqalı, 72 yaşlı Hacı Nafiz Əfəndi Quliyevdir.

Şikayətçi deyir ki. Həmin gün Hacı Nafiz Əfəndi Avaxıl kəndindəki “Qoşabulaq” restoranının yanında qətlə yetirilib. Həmin restoran isə hazırda Avaxıl kənd Bələdiyyəsinin sədri Elxan Qədimova məxsusdur. Elə qətl hadisəsini törədən şəxs də bələdiyyə sədri Elxan Qədimovdur.

Şikayətçinin dediyinə görə. Elxan Qədimov Hacı Nafiz Əfəndini torpaq üstə qətlə yetirib. Belə ki, “Qoşabulaq” restoranının yanındakı əkinə yararlı torpaq sahəsi Hacı Hafiz Əfəndiyə məxsus olub. Elxan Qədimov isə həmin torpaq sahəsini ondan almaq istəyib. Lakin ailəsini əkin sahəsi ilə dolandıran Hacı Nafiz Əfəndi torpaq sahəsini satmaqdan imtina edib. Bununla bağlı bələdiyyə sədri torpaq sahəsinin sahibinə dəfələrlə hədə-qorxu gələrək torpağı ona satmasını tələb edib. Hacı Nafiz Əfəndi isə həmin sahəni satmayacağını deyib. Uzun mübahisədən sonra Elxan Qədimov may ayının 6-da əraziyə gələrək Hacı Nafiz Əfəndini qətlə yetirib və hadisə yerindən qaçıb: “Həmin torpaq sahəsi əmim Hacı Nafiz Əfəndiyə 1968-ci ildə Soltanmecid Əfəndiyev adına kolxozun idarə heyətinin qərarı ilə bostan əkmək üçün verilib. 1993-cü ildə ölkədə aparılan torpaq islahatları zamanı da həmin ərazi Hacı Nafiz Əfəndi Quliyevin adına özəlləşdirilib. Elxan Qədimov da buna görə həmin ərazini zəbt edə bilməyib. Əmim də bu ərazini satmadığı üçün bələdiyyə sədri həmin torpaq sahəsinin onu öldürməklə əlindən almaq istəyib. Və buna da 2001-ci il may ayının 6-da nail ola bilib”.

Faktla bağlı Şamaxı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlansa da, qətl hadisəsini törədən şəxs məsuliyyətə cəlb edilməyib. Bələdiyyə sədri Elxan Qədimov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müəyyən yollarla məsuliyyətdən yayına bilib.

Şikayətçi deyir ki. Qətl hadisəsindən sonra Elxan Qədimov yüz hektarlarla ərazini zəbt edib satıb. Qətl hadisəsi isə Şamaxı rayon hüquq-mühafizə orqanlarının rəhbər işçilərinin Elxan Qədimovla “dil tapması” nəticəsində ört-basdır edilib: “Qətl hadisəsindən sonra Şamaxı şəhər Prokurorluğunda faktla bağlı cinayət işi başlananda şəhər prokuroru Kərimağa Tağıyevlə görüşdüm və hadisənin nə üstə baş verdiyini dedim. O məndən əmim Hacı Nafiz Əfəndiyə torpaq sahəsinin verilməsi barədə 1968-ci ildə Soltanmecid Əfəndiyev adına kolxozun idarə heyətinin qərarını istədi və bildirdi ki, həmin qərarla qətl hadisəsinin üstünü açacaq. Mən də ona inanıb həmin qərarə versəm də, sonradan aldandığımı bildirm. Məlum oldu ki. Şəhər prokuroru həmin qərarı itirmək üçün məndən alıb. Bir müddət sonra mən həmin qərarı tələb etsəm də, məlum oldu ki, qərar müəyyən adamların əli ilə yoxa çıxarılıb. Bələdiyyə sədri də cinayət məsuliyyətindən yayındırılıb. Bir müddət sonra isə bizim də xəbərimiz olmadan cinayət işinə xitam verilib. Adını da qoyublar ki, guya işdə şəxsin cinayəti sübuta yetirilməyib və cinayət işinə xitam verilib”.

Hal-hazırda cinayət işi ört-basdır edilib və Hacı Nafiz Əfəndinin qətl hadisəsi adi ölüm hadisəsi kimi unudulub.

Əlacsız qalan Çingiz Əfəndiyev qətl hadisəsinin üstünün açılması ilə bağlı mətbuata üz tutub. Şikayətçi mətbuat vasitəsilə prezident İlham Əliyevə, Baş prokuror Zakir Qaralova və digər aidiyyəti qurumlara müraciət edir və qətl hadisəsilə bağlı cinayət işinin yenilənməsini, qətl hadisəsini törədən şəxs(lər)in cinayət məsuliyyətinə cəlb eilməsini istəyir.

Araşdırma, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti