!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şamil Tağıyev “Məktəblərdə diaspor dərsləri” proqramında çıxış edib-Foto

!Reklam – Yazi

12540690_924048901019347_2627060431864023690_nDiaspor Jurnalistləri Birliyinin “Orta məktəblərdə diaspor dərsləri” layihəsi davam edir. Növbəti dərs yanvarın 12-də Nərimanov rayonundakı 178 saylı tam orta məktəbdə keçirilib. Öncə 178 saylı məktəbin direktoru Yusif Məmmədov çıxış edərək DJB-nin bu təşəbbüsünü yüksək qiymətləndirib və layihənin şagirdlərin diasporla bağlı maariflənməsində əhəmiyyətli rol oynayacağını deyib.

Yusif Məmmədov deyib ki, bu gün dünya azərbaycanlıları əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideyası ətrafında birləşiblər: “Xaricdə yaşayan azərbaycanlılar hər zaman öz milli mənsubiyyətini qoruyub saxlayıb, tarixi Vətənlə əlaqələrini itirməməyə çalışıblar. Bu gün dünyanın müxtəlif ölkələrində diasporumuzun mövcudluğu da elə bu amillə bağlıdır”.

Diaspor Jurnalistləri Birliyinin baş katibi Siyavuş Əmirli “Orta məktəblərdə diaspor dərsləri” layihəsi haqqında məlumat verib. O, bu layihənin könüllü icra edildiyini və Azərbaycanda ilk dəfədir ki, belə bir layihənin keçirildiyini diqqətə çatdırıb.

Diaspor fəaliyyətinin bir ürək, könül işi olduğunu deyən Siyavuş Əmirli DJB-nin gördüyü işlərdən də danışıb: “Diaspor Jurnalistləri Birliyi Azərbaycan mediasının diaspor mövzusuna diqqətinin daha da artırılması, xaricdəki azərbaycanlı və əcnəbi jurnalistlərlə əlaqələrin qurulması, Azərbaycan tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyələrinin xaricdə daha da geniş yayılmasını təşkil etmək məqsədi yaradılıb. Az müddətdə DJB bir sıra uğurlu işlərə imza atıb. Belə ki, DJB tərəfindən Bakıda 4 dəyirmi masa keçirilib, Xocalı soyqırımı ilə bağlı bir film çəkilib. Hazırda DJB ictimai təşəbbüsü əsasında ölkə daxilində 2, xaricdə isə 3 layihə icra edir. DJB bu müddətdə 15 ölkənin 20 nüfuzlu mediasında Azərbaycan, eləcə də Qarabağ həqiqətləri ilə bağlı məqalələr dərc etdirib.”

Diasporla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Əbülfəz Şeydabəyov milli diasporumuzun inkişaf tarixi və yayılma coğrafiyası haqqında məlumat verib: “Təqribi sayı 50 milyon göstərilən dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda tarixi torpaqlarından kənarda – mühacirətdə yaşayır və Azərbaycan diasporunu təşkil edir. Dünyanın 5 qitəsində yaşayan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr kimi müxtəlifdir”.

Əbülfəz Şeydabəyovun sözlərinə görə, beynəlxalq müstəvidə güclü Azərbaycan, güclü diasporumuz deməkdir: “Xaricdəki soydaşlarımız Azərbaycanımızın bir parçasıdır. Uzaq ölkələrdə azərbaycanlı uşaqlar üçün “Bazar günü” məktəblərinin açılması və dolğun təbliğatın aparılması istiqamətində dayanmadan işlər görülməkdədir. Xaricdə yaşayan soydaşlarımız ilə mütəmadi işlərin aparılması zəruriliyi prioritet amilə çevrilib. Diasporla İş üzrə Dövlət Komitəsi qürbət ellərdə həmyerlilərimizin azərbaycanlı kimliyinin yaşadıqları toplumlar içərisində uğurla inteqrasiya etməsini hədəf alaraq, yeni formalaşan nəslin də Vətənlə sıx bağlantı qurmasını başlıca hədəf götürməkdədir”.

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Moskva nümayəndəliyinin icraçı direktoru, Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun prezidenti Şamil Tağıyev özünün diaspor fəaliyyətindən danışıb: “Mən artıq 10 ildən çoxdur ki, diaspor sahəsində fəaliyyət göstərirəm. Hansısa bir işi mükəmməl görmək üçün insana həvəs və istək lazımdır. Əgər fəal bir gənc, diaspor sektorunda keyfiyyətli işlər görürsə, vəzifədən asılı olmayaraq hər bir zaman onun işləri keyfiyyəti ilə seçiləcək. Biz, azərbaycanlı gənclər olaraq xaricdə çox işlər görməyə qadirik. Biz Azərbaycan dövlətinin və dövlətçiliyinin xaricdən ucalan səsləriyik”.

Şamil Tağıyev deyib ki, xaricdə yaşayan, təhsil alan gənclərimiz hər zaman öz ölkələrini layiqincə təmsil edir: “Xaricdəki mütəşəkkil milli icmalarımız Azərbaycanı gücləndirirlər və yaşadıqları ölkələrdə onların həyat səviyyəsi daha da artır. Dünyada yaşayan azərbaycanlıların sayı çoxdur və bizim fəallığımız, mütəşəkkil qaydada fəaliyyətimiz bizi gücləndirir. Bunun üçün bütün azərbaycanlılar yaşından, yerindən asılı olmayaraq hər zaman həmrəy olmalıdır. Moskvada təhsil alan və yaşayan azərbaycanlı gənclər müxtəlif dərnəklər və ictimai birliklər yaradır, Vətənimizin problemləri barəsində dünya ictimaiyyətində obyektiv fikirlərin formalaşdırılması prosesində fəal iştirak edirlər”.

Diskussiya şəraitində keçən “Diaspor dərsi”ndə şagirdləri maraqlandıran suallara cavab verilib.
Nəzərə çatdıraq ki, layihə çərçivəsində Bakının 12 məktəbində 10-11-ci sinif şagirdlərinə “Diaspor dərsi”nin keçirilməsi nəzərdə tutulub.

DJB-nin Mətbuat xidməti

 

 

www.yenicag.az

906
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv