www.sinerjipro.net

SinerjiProWide
Reklam

293092Samsung Electronics şirkəti Nyu-Yorkda öz yeni Galaxy Note 4 fabletini, həmçinin bükük ekranla təchiz edilmiş yeni Galaxy Note Edge brend smartfonunu nümayiş etdirib.

Note 4 fableti təqdimatın əsas yeniliyi olub. Bu il Samsung şirkəti 2560×1440 piksel təsvir ölçülü 5,7 düymlük AMOLED ekranlı qurğu hazırlayıb.

Note 4 fableti Android 4.4 platforması ilə işləyir. Yeni fablet 2.7 QHs takt tezlikli Qualcomm Snapdragon 805 qabaqcıl mikroprosessoru, 3 QB əməli yaddaş və 32 QB fləş-yaddaşla təchiz olunub.

Arxa kamera 16 Mp, ön kamera 3,7 Mp təşkil edir. MicroSD yaddaş slotunun hesabına yaddaşı 64 QB-dək artırmaq mümkündür. Akkumulyator batareyasının tutumu 3220 milliamper/saatdır.

Qurğunun başqa parametrləri sadədir: S Pen stilusunun dəstəyi var. Smartfon hazırda toxunuşlara daha yaxşı cavab verir: Note 4 fabletində toxunuş üçün 2048 həssaslıq dərəcəsi var. Note 3-də bu göstərici 1024 olub. Fabletin yeni versiyasının dizaynı Note 3-dən çox fərqlənmir, ancaq Galaxy S5 smartfonunda olduğu kimi yeni datçiklər quraşdırılıb: barmaq izi, həmçinin nəbz. Eyni zamanda qurğunun arxa hissəsində UV datçik var.

Şirkət TouchWiz interfeysində bəzi dəyişikliklər həyata keçirib. Yeniliklərin çox hissəsi çoxpəncərəli rejimlə bağlıdır. İstifadəçilər S Pen stilusunun köməyi ilə ekranda tətbiqləri kiçildərək onlar arasında keçid edə bilər.

Galaxy Note 4 satışlarına oktyabrda start veriləcək, qiyməti hələ ki açıqlanmayıb.

Galaxy Note Edge smartfonunda ekran kənar hissədən bükülüb. Cihaz 2560×1600 piksel təsvir ölçülü 5,6 düymlük ekrana malikdir.

Note Edge smartfonunun aparat içliyi demək olar ki Note 4 ilə eynidir. Fərq yalnız akkumulyatorun tutumundadır.

Samsungun nümayəndələri deyiblər ki, Note Edge smartfonu bəzi bazarlarda satılacaq, qiyməti açıqlanmayıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 41
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."