Ads by Google

hightechnic
Ads by Google

gas_150216Samuxda 2 həftə öncə bədbəxt hadisə baş verən mənzildə yenə partlayış olub.

Bu dəfə də hadisəyə səbəb qaz sızması olub.

ARB-dan Trend-ə verilən mılumata görə, Samuxun Aşağı Ağasıbəyli kəndində Naçar İsmayılova məxsus yaşayış evində qaz sızması partlayışa səbəb olub.

Bədbəxt hadisə saat 21.00 radələrində qeydə alınıb. Hadisə zamanı evin gəlini 27 yaşlı İlahə İsmayılova və onun 3 övladı, anası 55 yaşlı Zülxumar Məmmədova mənzildə olublar. Xoşbəxtlikdən 4 nəfər xəsarət almadan canlarını qurtara biliblər. Ancaq iki otaq və bir şüşəbənd partlayışın gücündən dağılaraq yararsız hala düşüb.

Hadisə yerinə Samux rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının, FHN-nin əməkdaşları cəlb olunub. Hadisənin dəqiq səbəbləri araşdırılır.

Qeyd edək ki, həmin evdə oktyabrın 21-də də eyni səbəbdən partlayış baş vermişdi. Naçar İsmayılovun bədəninin 65 faizi, həyat yoldaşı, 51 yaşlı Zemfira İsmayılovanınsa bədəninin 45 faizi yanmışdı. Hər iki şəxs Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, daha sonra isə Bakıdakı Respublika Yanıq Mərkəzinə göndərilmişdi. Naçar İsmayılovun vəziyyəıti ağır olaraq qalsa da, qadın xəstəxanada dünyasını dəyişib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 39
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."