Yazı İçi 468×60

dava19Samuxda kütləvi amux rayonunda kütləvi dava olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Sərkar kəndindəki qışlaq sahədə baş verib.

Qışlaq sahəsi üstündə baş verən kütləvi davada kənd sakinləri, 1991-ci il təvəllüdlü Seymur Əli oğlu Dünyamalıyev və 1987-ci il təvəllüdlü Gülbəniz Ramiz qızı Əsgərova müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar öncə Samux rayon Mərkəzi Xəstəxanasına oradan da Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Həkimlər tərəfindən göstərilən tibbi yardımlardan sonra travmatologiya şöbəsinə yerləşdirilən hər iki zərər çəkənin vəziyyəti orta-ağır olduğu bildirilir.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 18
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."