www.sinerjipro.net

SinerjiProWide

Sankt-Peterburqda antiterror əməliyyatı: 6 nəfər saxlanıldı - Fotolar

Reklam

Sankt-Peterburqda terrora yardım fəaliyyəti ilə əlaqədar 6 nəfər orta asiyalı saxlanılıb.

Bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Əməliyyatda polis, Federal Təhlükəsizlik Xidməti və Rusiya Milli Qvardiyasının xüsusi bölmələri iştirak edib.

Bildirilir ki, şübhəli şəxslər 2015-ci ilin noyabrından Sankt-Peterburqda yaşayan orta asiyalıları “Cəbhat ən-Nüsra” və İŞİD kimi terror təşkilatlarına cəlb etməklə məşğul olublar. Hazırda onların yaşadığı evlərdə axtarış aparılır.

Hələlik həmin dəstənin Sankt-Peterburq metrosunda partlayış törədən şəxslə əlaqəsinin olması barədə məlumat yoxdur.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 51
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."