www.sinerjipro.net

SinerjiProWide
Reklam

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində metroda partlayış baş verib. Partlayışda azı 10 nəfər ölüb, 50 nəfər də yaralanıb.Yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı ehtimal edilir.

Terror hadisəsinə sərt münasibət bildirən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov hər il daha çox mülki vətəndaşın geosiyasi konfliklərdən əziyyət çəkdiyini deyib:

“Terror hadisəsi Prezident Vladimir Putinin Sankt-Peterburqda olduğu vaxtda baş verib. Putin Peterburqda Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşüb. Burada ikili nüans var. Əvvəla Rusiya uzun müddətdir Suriyanın şimalında İŞİD-ə qarşı əməliyyatlar aparırdı. Bölgədə YPG-yə də dəstək verən Rusiya İŞİD tərəfindən tez-tez təhdid edilirdi. Bu hücumdan sonra da ən böyük şübhəli İŞİD olaraq qalır. Lukaşenko isə Lapşinin ekstradisiyasına görə tez-tez təhdid edilirdi. Hesab edirəm terror olayı İŞİD-erməni qruplaşmasının birgə fəaliyyəti nəticəsində baş verib. Zatən ermənilərin Rusiya metrosunun partladılması sahəsində geniş təcrübəsi var. Heç kimə sirr deyil ki, Yaxın Şərqdə yetişən erməniəsilli terrorçulara həm Dağlıq Qarabağın işğal olunmuş ərazilərində, həm də Ermənistanda sığınacaqlar verilir. Rusiya kəşfiyyatı dünyanın ən güclüləri sırasındadır. Belə olan halda İŞİD təkbaşına ölkənin ən nüfuzlu şəhərində belə bir terror aktını həyata keçirə bilməzdi. İstintaqın nəticəsinin citimaiyyətə hansı formada çatdırılmasından asılı olmayaraq hesab edirəm ki, bu faciə də erməni terrorunun növbəti “əsəridir”. Hesab edirəm rəsmi Moskva ermənilərə qarşı yürütdükləri siyasətdə ciddi redakələr etməlidir”

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 29
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."