yenicag.az

Sarkisyan Milli Təhlükəsizlik Şurasını ləğv etdi

Sarkisyan Milli Təhlükəsizlik Şurasını ləğv etdi

Müəllif: Redaktor

Editor

rus13641994197Ermənistan prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Şurasının aparatının buraxılması barədə sərəncam imzalayıb.

AzVision.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, S. Sarkisyan Ermənistan prezidenti aparatının rəhbərinə və Milli Təhlükəsizlik Şurasının katibinə sentyabrın 1-dək Milli Təhlükəsizlik Katibliyinin nizamnaməsini təqdim etməyi tapşırıb.

Bildirilib ki, qərar müasir daxili və xarici çağırışlara operativ, effektiv və koordinasiyalı şəkildə reaksiya vermək üçün MTŞ-nın rolunun artırılması məqsədilə qəbul olunub.

Sərəncam yeni katibliyin nizamnaməsi və tərkibinin rəsmi dərcindən on gün sonra qüvvəyə minəcək.

Dünya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti