!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sarkisyan qəmgin uşaqları özünə yaraşdırmadı – FOTOFAKT

!Reklam – Yazi

12presidentamErmənistan prezidentinin saytından kədərli uşaqların şəkillərini silirlər

Ermənistan prezidenti Serj Sarkisyanın iqamətgahında Yeni İl münasibətilə uşaqların qəbulu zamanı çəkilən şəkil, Facebook istifadəçilərinin müzakirə obyektinə çevrilib.

Serj və xanımı Rita Sarkisyanın uşaqlarla birlikdə çəkdirdiyi şəkildə maraqlı bir məqam istifadəçilərin gözündən qaçmayıb: uşaqlardan heç biri gülmür.

Bir qayda olaraq, görüş vaxtı çəkilən bütün şəkillər, eləcə də sözügedən foto Sarkiyanın rəsmi saytına yerləşdirilib. Lakin bir müddət sonra uşaqların qəmgin göründüyü bütün şəkillər saytdan silinib.

Bu “itkini” erməni proqramçı Karen Arutyunyan aşkar edib və bu barədə facebook-da status yazıb: “Fotolar artıq www.president.am saytından silindi. Hamını şən göstərmək üçün, qəmginləri bax, beləcə silirik”.

Proqramçı bu barədə erməni mətbuatına açıqlamasında bildirib ki, president.am saytında xəbərin silinməmiş versiyasını Google axtarış sistemində 24 dekabr, 09:29:47 tarixi qeyd olunmuş xəbərdə görmək olar.

Onun sözlərinə görə, 24 fotodan 4-ü saytdan silinib, bundan əvvəl saxlanılan versiyada isə silinən şəkillərin serverdə qaldığını aydın görmək olur. Qeyd olunan fotoları BURADA görmək olar. Sonradan sayta əlavə olunan 4 şəkil isə tamamilə başqalarıdır.

Bu məlumatı yayan sayt qeyd edir ki, xəbər ictimailəşdikdən sonra serverdən də silinə bilər.(Azvision)

www.yenicag.az

615
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv