Ads by Google

hightechnic
Ads by Google

 

2016-06-23-vMENqz-sarkisyan-qarabagdaElşən Mustafayev: “Sarkisyanın Qarabağa olan bu səfəri özünü qorumaq üçün əhalini sakitləşdirməyə hesablanıb, bu yolla özünü sığortalamağı düşünür”

İşğalçı Ermənistanın prezidenti Serj Sarkisyan Sankt-Peterburq görüşündən dərhal sonra Dağlıq Qarabağa səfər edib. Burada onun separatçı rejimin “rəhbər”lərilə görüşü olacaq. Maraqlıdır, Rusiyanın ikinci böyük şəhərində keçirilən üç tərəfli görüş başa çatar-çatmaz Sarkisyanın işğal olunmuş Qarabağ torpaöına səfər etməsi nədən xəbər verir? Bu səfr hansı məqsəd daşıya bilər?

Politoloq Elşən Mustafayev Yenicag.az-a açıqlamasında bildirdi ki, Sarkisyanın sözügedən səfəri Sankt-Peterburq görüşündən sonra özünü müxalifətin hücumlarından sığortalamaq üçün əhalini sakitləşdirməyə hesablanmış bir addımdır: “Sankt-Peterburq görüşünün nəticəsinin olmayacağını əvvəlcədən proqnozlaşdırmışdıq. Ən azından hazırkı mərhələdə Ermənistan buna hazır deyil,  o güzəştə getmək fikrindən uzaqdır. Çünki Rusiya da buna razı deyil. Digər tərəfdən, bilirsiniz ki, Ermənistanda Sarkisyan hakimiyyətindən ciddi narazılıq mövcuddur. Növbəti seçkilərdə də Qarabağ klanının seçilmək imkanı xeyli dərəcədə azalıb. Deməli, Sankt-Peterburq görüşünün nəticəsi olmasa da belə, Sarkisyanın xalqından qorxusu var. O qorxur ki, insanlarda Dağlıq Qarabağ məsələsində rəhbəri olduğu indiki rejimin hansısa güzəştlərə getməsilə bağlı görüntülər yarana bilər. Halbuki belə bir məsələ hələlik yoxdur, amma yenə də Sarkisyan narahatdır. Ona görə də üçtərəfli görüşdən dərhal sonra Sarkisyanın Dağlıq Qarabağa səfər etməsi ancaq və ancaq əhalini sakitləşdirmək məqsədi daşıyır. Səfərində də məqsəd həmin narahatlığı aradan qaldırmağa hesablanmış addımdır. Çünki aprel döyüşlərindəki ağır məğlubiyyətdən sonra Sarkisyanın ölkə daxilində nüfuzu çox aşağı düşüb. Bu amildən istifadə edən erməni müxalifəti Sarkisyana qarşı ciddi təbliğat apara bilib.  Bu həm də onun görüşdən sonra verəcəyi hesabatıdır. Görüşlə bağlı nəticələr cəmiyyətdə yayıldı, amma reallıqda heç bir şey yoxdur. Müxalifət isə Sarkisyanı ittiham etməyə başlayıb ki, Dağlıq Qarabağla bağlı güzəştlərə hazırlaşır. Danışıqların da detalları açıqlanmır. Bundan isə müxalif qüvvələr istifadə edərək müxtəlif fikirləri ortaya atırlar ki, bu da Sarkisyanın daha da nüfuzdan düşməsilə nəticələnir. Sarkisyanın Qarabağa olan bu səfəri özünü qorumaq üçün əhalini sakitləşdirməyə hesablanıb. Bu yolla da özünü sığortalamağı düşünür”.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 107
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."