yenicag.az
yenicag.az

Sarkisyan yeni baş nazir təyin etdi

Sarkisyan yeni baş nazir təyin etdi

Müəllif: Redaktor

Editor

43326921473752342Ermənistan prezident Serj Sarkisyan yeni baş nazir təyin edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Sarkisyanın sərəncamı ilə Karen Karapetyan ölkənin baş naziri vəzifəsinə gətirilib.

Qeyd edək ki bir neçə gün öncə Ovik Abramyan baş nazir postundan istefa vermişdi.

Karen Karapetyan 2001-ci ildə Ermənistanın energetika nazirinin müavini olub. O, 2010-2011-ci illərdə Yerevanın meri vəzifəsində çalışıb. O, “ArmRosqazprom” şirkətinin keçmiş sədridir.

Karapetyan 2011-ci ildə“Qazprombank”ın vitse-prezidenti postunu tutub.

Yeni hökumət başçısı hazırda “Qazprom Mejregionqaz” şirkətinin starategiya və inkişaf üzrə direktor müavinidir.

Dünya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti