!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sarkisyanın blefinin şifrələri – Şərh

!Reklam – Yazi

5702a044f0dc1e23e8d08714Elxan Şahinoğlu: “Sarkisyanın “indiki şərtlər altında danışıqlar mümkün deyil” ifadəsinin elə bir əhəmiyyəti yoxdur”

“Lavrov yaxşı başa düşür ki, danışıqlardan bəhs etməyin mənası yoxdur. Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə “istənilən an” başlaya bilər və münaqişənin nizamlanmasına dair danışıqların perspektivi çox azdır”.

Bu sözləri Ermənistan prezidenti Serj Sərkisyan “Bloomberg” agentliyinə verdiyi müsahibədə deyib.
Ermənistan prezidenti ilk dəfə açıq şəkildə bildirib ki, danışıqlardan imtina edir və indiki şərtlərlə danışıqlar prosesinə qayıtmağı planlaşdırmır.

Bu nə deməkdir? Sarkisyan kimə arxalanlb belə danışır? Bu fonda yenidən hərbi əməliyyatların başlanması gözləniləndirmi?

Yenicag.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirdi ki, Putin erməni həmkarını sabah danışıqlar üçün dəvət etsə, Sarkisyan indi nə deməsindən asılı olmayaraq qaça-qaça gedəcək: “Ermənistan prezidenti Serj Sarkisyanın “indiki şərtlər altında danışıqlar mümkün deyil” ifadəsinin elə bir əhəmiyyəti yoxdur. Çünki, sabah Rusiya prezidenti Vladimir Putin prezidentləri danışıqlar üçün Moskvaya dəvət etsə, Sarkisyan durub deməyəcək ki, “gəlmirəm”, qaça-qaça gedəcək. Məni Sarkisyanın “”Bloomberq” agentliyinə verdiyi müsahibədə “biz 5 rayonu azad etməyə hazır idik, ancaq…” ifadəsi daha çox diqqətimi cəlb etdi. Bu bütün həll planlarında yer alan şərtdir, ancaq Sarkisyan və digər erməni rəsmilər ictimaiyyət qarşısında heç zaman bu haqda danışmırdılar. İndi isə Sarkisyan “5 rayonun azad olunması” fikrini xatırlatmaqla faktiki cəmiyyətinə ”Ermənistan bufer zonadan imtina etmək məcburiyyətində qalacaq” fikrini təlqin edir. Bu 4 günlük döyüşün nəticəsidir. Növbəti döyüşlərdən sonra Sarkisyan başqa həqiqətlərdən də danışmağa başlayacaq. Məsələn, deyə bilər ki, “Şuşa və Laçına azərbaycanlılar qayıdacaqlar, ancaq…” Bu cümlələrdə “ancaq” əhəmiyyətli deyil, cümlənin birinci hissəsində mesaj var”.

ELÇİN

www.yenicag.az

701
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv