!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Sarkisyanın qələbəsi Ermənistanı yenidən çalxalayacaq" - Politoloq

!Reklam – Yazi

Aprelin 2-də işğalçı dövlət olan Ermənistanda parlament seçkiləri keçiriləcək. Həmişə olduğu kimi, böhran içində yaşayan Ermənistanda baş tutacaq bu seçkilər də gərgin atmosferdə keçir. Belə ki, bu günə qədər Ermənistanda keçirilən bütün seçkilər və ondan sonrakı proseslər tarixdə dava-dalaşın, kəskin etirazların olması, hətta insan ölümü kimi qalmaqallarla yadda qalıb. Görəsən, budəfəki seçkilərdə Ermənistanı hansı proseslər gözləyir? Kimin qalib gəlmək şansı daha yüksəkdir?

Politoloq Elşən Manafov Yeniçağ.az-a açıqlamasında Ermənistanda keçiriləcək seçkilərdə Sarkisyan partiyasının yenidən qalib gələcəyini bildirdi:

“Ermənistanda aprelin 2-də baş tutacaq seçkilər Konstitusiyaya edilən əlavə və dəyişikliklərdən sonra keçirilən ilk parlament seçkiləri olacaq. Ermənistanın qüvvəyə minən Konstitusiyası bu işğalçı ölkənin dövlət idarəçiliyi formasının dəyişdirilməsinə gətirib çıxartdı. Hazırda Ermənistanla birgə Gürcüstan da Cənubi Qafqazın parlamentli idarəetmə sisteminə keçən dövlətlərindəndir. Parlament idarəetmə sisteminə keçilməsi də daha çox Sarkisyan iqtidarının korporativ maraqlarından irəli gələn bir məsələdir. Hərçənd ki, Ermənistan hakimiyyəti bunu Avropaya inteqrasiya məsələsi kimi dəyərləndirməyə çalışır. Lakin istisnasız olaraq aydındır ki, Sarkisyan bu addımla manevr edib, iqtidarını qoruyub saxlamaq və daha uzun müddət hakimiyyətdə qalmaq üçün gedib.

İstisna etmirəm ki, bu seçkilərdə də Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası qalib gələcək. Şəxsən bizi düşündürən və narahat edən amil ondan ibarətdir ki, seçkilərdə Ermənistanda daha çox müharibə partiyası kimi tanınan Daşnaksütun Partiyasının ikinci yerə çıxaraq hakim partiya ilə koalision hökumət qurmaq imkanları da yetərincə yüksək qiymətləndirilir. Bu ssenarinin baş tutması isə Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində çözülməsilə bağlı məsələdə təəssüf ki, ölkəmizə yaxşı heç nə vəd etmir. Çünki Daşnaqsütun Partiyası sırf münaqişə tərəfdarıdır. Hərçənd Sarkisyanın özü də məhz Qarabağ dalğası üzərindən hakimiyyətə gəlib. Bu seçkilərdə Ermənistanda klan və zümrələr arasında mübarizə də kəskin xarakter alacaq. Burada hakimiyyət uğrunda mübarizəni əsasən Qarabağ klanı ilə Ermənistan klanı aparır. Erməni müxalifətinin müxtəlif təmsilçiləri də növbəti parlamentdə yer alacaqlarına ümid edirlər.

Sabiq prezident Levon Ter-Petrosyanın da bu seçkilərdə mandat əldə etmək imkanları yüksəkdir. Amma bir amili də qeyd edək ki, bütün hallarda Ermənistan parlamentində kifayət qədər yer əldə edəcək siyasi təşkilatlar əsasən, rusiyayönümlü partiyalar olacaq. Qərb gerçəkdən status-kvonun dəyişməsi və problemin həllində maraqlı olsaydı, zamanında Ermənistanda hakimiyyət uğrunda mübarizəyə qalxan qərbyönümlü təşkilatlara maliyyə və digər dəstəyini verə bilərdi. Hələlik isə bunu müşahidə etmirik. Güman edirəm ki, parlament seçkilərində Sarkisyanın başçılıq etdiyi Respublika Partiyası birinci, Daşnaksütun isə ikinci yerə çıxacaq. Daha sonrakı yerləri də erməni müxalifətini təmsil edən siyasi təşkilatlar tutacaq”.

Həmsöhbətimiz onu da qeyd etdi ki, Sarkisyanın qələbə çalacağı halda, narazı elektoratın İrəvan və digər şəhərlərdə sosial etiraz doğuran həyəcan və çıxışlarının olması qaçılmazdır:

“Amma əvvəlki dönəmlərdə olduğu kimi, Qərb və Rusiya seçkilərin legitimliyini tanıyacaqsa, bu kontekstdə Ermənistan hakimiyyəti hərbi-polis rejimi olaraq həmin etirazların yatırılması üçün beynəlxalq mandat əldə edəcək. Məhz beynəlxalq mandat da erməni müxalifətinin çıxışlarının yatırılmasında mühüm rol oynayacaq”.

ELÇİN

Yeniçağ.az

www.yenicag.az

659
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv