Sarvan Rizvanov Almaniya-Azərbaycan-Türk Cəmiyyətinə sədr seçilib

Müəllif: Redaktor

Editor

timthumbBir neçə gün öncə Almaniyanın Mainz şəhərində yerləşən Almaniya-Azərbaycan-Türk Cəmiyyətində yeni rəhbərlik fəaliyyətə başlayıb.

Təşkilata uzun müddət rəhbərlik etmiş, tanınmış ictimai-siyasi fəal Yusif Abulovu adı çəkilən şəhərin bələdiyyəsi yanında xaricilər məclisinin üzvü Sarvan Rizvanov əvəz etmişdir. Azərbaycan cəmiyyəti, Avropada ən qoca təşkilatlardan biri olaraq rəhmətlik Nüsrət Dilbəsti, İlhan Aksoy, Mehmet Ucar, Hızır Nəset tərəfindən 28 may 1992-ci ildə yaradılmış və 19 fevral 1993-cü ildə rəsmi qeydiyyatdan keçmişdir.

Adı çəkilən insanlar 20 yanvar hadisəsindən dərhal sonra Rus imperiyasının Azərbaycanda törətdikləri irticaya etiraz əlaməti olaraq 10 minlik insanın iştirakı ilə Mainz şəhərində mitinq-yürüş təşkil etmişlər. Mühacirət tarixinin başlanmasına kimi Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışmışlar.

1996-cı ildən 2006-cı ilə kimi isə cəmiyyətin rəhbərliyinə İlhan Aksoyla yanaşı Almaniyaya mühacirətə gəlmiş tanınmış ictimai-siyasi fəal, hazırda Avropa-Musavat Koordinasiya təşkilatının rəhbəri İlham Həsən və Kamil

Həsənov rəhbərlik etmişlər. 2006-cı ildən isə təşkilata Yusif Abulov rəhbərlik etmişdir. Cəmiyyətin fəaliyyətində yeni seçilmiş rəhbərliyə gələcək işlərində uğurlar arzulayırıq.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır