!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şaxta baba və Qar qız Bakı metrosunda – Foto

!Reklam – Yazi

shaxta_baba_ve_qar_qiz_-metroŞaxta baba və Qar qız bu gündən etibarən Bakı metrosuna da qədəm basıblar.

Bakı Metropoliteninin 5 stansiyasında – “Elmlər Akademiyası”, “Memar Əcəmi”, “Koroğlu”, “İçərişəhər” və “28 May” stansiyalarında böyük yolkalar qurulub. Bu gündən etibarən isə Şaxta baba və Qar qız da sərnişinlərə Yeni il sevinci yaşadacaqlar.

Şaxta baba obrazını “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev, Qar qız obrazını isə Xidmət şöbəsinin rəisi Lalə Babayeva canlandırırlar.

Stansiyalarda qəfildən ortaya çıxan Şaxta baba və Qar qız Yeni il münasibətilə metro sərnişinlərinin bayramlarını təbrik edir, balacalara kiçik hədiyyələr təqdim edirlər.

Metroda sərnişinlər üçün Yeni il sürprizi dekabrın 29-da davam edəcək.

www.yenicag.az

796
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv