238605Qadınları ətirsiz təsəvvür etmək mümkün deyil. Əlbəttə, kişilər də ətirdən istifadə edir, amma qadınlar üçün bu xüsusi əhəmiyyət kəsb edən məsələdir.

Dünyada tanınmış ətirlərin hamısı xüsusi dermotoloji testlərdən keçir, onların tərkibi öyrənilir. Ətirlərin tərkibindəki efir yağları təbii olmalıdır. Bu ətirlərin orqanizmə zərərləri hərtərəfli öyrənilir və ona xüsusi sertifikat verilir. Tanınmış firmaların ətirlərinin baha olması da bununla əlaqədardır. Ancaq hazırda texnika imkan verir ki, xüsusi kompüter proqramlarının köməyi ilə tanınmış firmaların ətirlərinin qoxusunu süni yolla təkrarlamaq mümkündür. Yaxud da, həmin ətirin qoxusunu verən müxtəlif kimyəvi maddələr istehsal olunur. Bu kimyəvi maddələr də öz növbəsində insanlara zərərli təsir göstərir. Azərbaycan bazarında da bu cür saxta ətrilər yetərincədir. Hətta İnzibati Xətalar Məcəlləsində saxta ətirlərin satışı ilə məşğul olan şəxslərin 1500 manatdan 3000 manatadək cərimələnməsi göstərilsə də, təəssüf ki, bazarda yenə də saxta ətriyyatlara rast gəlmək mümükündür. Bəs bunlardan özümüzü necə qoruyaq?

Bunun üçün əvvəlcə ətrilərin saxta olub-olmamasını ayırd etməyi bacarmalıyıq.

Mütəxəssislərin fikrincə bu standartlara xarici görünüş, orqonotiq görünüş, rəng və qoxu daxildir. Ətiri çalxaladıqda köpük əmələ gəlirsə, deməli, bu saxtadır. Ətirlər şəffaf olmalı, iyinin davamlılığı 60 saatdan az olmamalıdır. Etil sipirti 85% , efir yağları isə 18-30 % təşkil etməlidir. Həmçinin, ətir qutusunun üzərindəki firmanın adına barmaqla sürtdükdə hiss olunmalıdır. Ətir qutusunun altındakı kodla şüşə qabın altındakı kod eyni olmalıdır.

Kosmetoloqlar və dermatoloqlar bu məsələdə əhalini ehtiyyatlı olmağa çağırır. Onların sözlərinə görə, saxta ətirlər dəri ilə təmasda olduqda allergik reaksiya verir. Müxtəlif dermotozlar, qaşınmalar dərinin quruması problemlərini əməl gətirir. Bundan başqa, piqment ləkələr əmələ gəlməsinə səbəb ola bilər.

Bəs hansı xəstəliklərdə bu cür ətrilər ziyanlıdır?

Bu sualla dermotoloq Kənan həkimə müraciət etdik. O, bildirdi ki, saxta ətirlər allergik xəstələrdə, xüsusilə bronxial astmalı insanlarda xəstəliyi kəskinləşdirə bilər. Astma tutmalarının sayını artıra bilər. Saxta ətirlərin tərkibində kimyəvi qatqı olduğuna görə, dəridə qıçığa, allergiyaya da səbəb ola bilər. Bu nəinki böyüklərdə, həmçinin uşaqlarda da allergiya yarada bilər. Belə ki, dəridə qaşınma,qızartı, quruluq kimi fəsadlar verdikdə, həkimə müraciət edənə qədər ətir vurulan nayihələri heç olmasa su ilə yumaq, yaxud sulu dəsmlla silmək olar. Normal halda isə uşaqlar ətirlərdən 7-8 yaşından sonra istifadə edə bilər(atv)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 7
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."