www.sinerjipro.net

SinerjiProWide
Reklam

107410_res_01Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tərəfindən saxta məktəbli formaları istehsal edən müəssisələrin aşkar olunması ilə bağlı araşdırmalar davam etdirilir.

Komitədən verilən məlumata görə, aparılmış araşdırmalar zamanı fiziki şəxs Abbasova İradə Əli qızına məxsus tikiş sexində başqasının əmtəə nişanından qeyri-qanuni istifadə edərək xeyli miqdarda məhsul istehsal olunması müəyyən edilib. Belə ki, müəssisədə üzərində “Bakı Tikiş Evi” ASC-yə məxsus “BTE” əmtəə nişanı olan düymələr, etiketlər və hazır məhsullar aşkar olunub. Bütün bunlarla əlaqədar fiziki şəxs Abbasova İradə Əli qızına məxsus tikiş sexində məktəbli formasınin istehsalı və satışı qadağan edilib, İnzibati Xətalar Məcəlləsinə uyğun protokol tərtib edilərək müəssisə rəhbəri cərimələnib.

Bundan əvvəl Komitənin yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, M.Vəkilov küçəsi, ev 2 “B” ünvanında fəaliyyət göstərən fiziki şəxs Abbasova İradə Əli qızına məxsus tikiş sexində aparılmış dövlət nəzarəti barədə bir neçə gün bundan qabaq məlumat verilmişdi.

Məlumatda müəssisədə “Uluxanlı” nişanı ilə istehsal olunan geyimlərin təhlükəsizliyi, keyfiyyəti təsdiq edən sənədlər olmadan satışa çıxarıldığı, istehsalın texnoloji təlimat olmadan həyata keçirildiyi, istismar olunan ölçmə vasitələrinin müqayisəli dövlət yoxlamasından keçmədiyi qeyd olunub.

Məlumat üçün bildirək ki, qanunvericiliyə əsasən məktəbli formaları Azərbaycan Respublikasında qüvvədə olan dövlətlərarası standart (QOST 25294-2003 “Məktəb yaşlı oğlan və qızlar üçün üst geyimləri” standartı) əsasında müəssisələr tərəfindən hazırlanmış və dövlət qeydiyyatına alınmış texniki şərtlərin tələbləri əsasında istehsal edilir. Texniki şərtlərdə məhsulun keyfiyyətinə olan məcburi tələblər, şagirdlər üçün dəstlərin xarici görünüşü və modelin təsviri əks olunmalıdır. Məhsulların laboratoriya sınaqları aparıldıqdan sonra normativ sənədlərin tələblərinə uyğunluğu təsdiq edilməli və Dövlət Akkreditasiya Xidmətinin akkreditasiya etdiyi sertifikatlaşdırma orqanları tərəfindən sertifikatlaşdırılmalıdır.

Hazırda respublikada 2 müəssisənin – “Bakı Tikiş Evi” ASC və “Bakı Tekstil Fabriki” MMC-nin istehsal etdiyi məktəbli formaları akkreditasiya olunmuş müvafiq sertifikatlaşdırma orqanı tərəfindən sertifikatlaşdırılıb(virtualaz).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 56
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."