!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“SAY Multiculturalizm” layihəsi yekunlaşdı

!Reklam – Yazi

timthumbGənclərlə bağlı müntəzəm maarifləndirmə tədbirləri həyata keçirən “İRƏLİ” İctimai Birliyi Avropa Oyunlarından öncə hazırlanmış konsepsiya əsnasında ərsəyə gələn “SAY” (Support of Azerbaijan Youth) hərəkatının növbəti tədbirini reallaşdırıb. Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə “SAY” hərəkatının üçüncü fəaliyyəti çərçivəsində təşkil olunan düşərgədə gənclər açıq havada qurulan yaşayış çadırlarında qalaraq, bir sıra multikultural dəyərlərin təbliği ilə bağlı təlimlərdə, ictimai müzakirələrdə iştirak edərək öz bilik və bacarıqlarını inkişaf etdirib, həmçinin təşkil olunan səmti müəyyən etmə, dağçılıq və s. ekstrim idaman növləri üzrə yarışlarda özlərini sınayıblar.

Qeyd edək ki, İRƏLİ İctimai Birliyi tərəfindən həyata keçirilən “SAY” hərəkatı ilk tədbirini Avropa Oyunlarına dəstək istiqamətində könüllülərin dəstəyi üçün,ikinci tədbirini ekoloji sahədə gənclərin maarifləndirilməsi sahəsində həyata
keçirmişdir.

“İRƏLİ” İctimai Birliyi tərəfindən təşkil olunan SAY: Multiculturalizm layihəsinin ilk günündə gənclərə “Komanda işi və stereotiplərdən necə azad olmalı” mövzusunda təlim keçirilmişdir. İştirakçılar dağa dırmanma ekstrimal idman növundə özlərini sınamış, həmçinin “İntellektual Multikulturallar” oyununda iştirak etmişlər.

“İRƏLİ” İctimai Birliyi tərəfindən təşkil olunan “SAY:Multiculturalizm” layihəsinin növbəti günü gənclər “Multikulturalizm və dinləri necə yaşayaq” təlimində iştirak etmişdir. Həmçinin Azərbaycan Respublikası Səmti Müəyyən Etmə Federasiyası tərəfindən təşkil olunan təlimlərdə iştirak edərək “Atlet və qaçış”, “Xəritə və kompas” mövzularında praktiki biliklərə yiyələnmişlər. Günün sonunda iştirakçılara öz bilikərini tətbiq etmək üçün praktiki hissə keçirilmişdir.

Daha sonra gənclərə “Multikultural cəmiyyətdə vətəndaş vəzifələri və Azərbaycan çoxmillətli dövlət kimi” mövzusunda təlim keçirilmişdir. Eyni zamanda iştirakçılar Səmti müəyyən etmə oyununda yarışmış və günün sonunda İvanovka kəndinə ekskursiya edərək buradakı mədəni-əyləncəli proqramda iştirak etmişlər.
Layihənin növbəti günündə iştirakçılar “Multiculturalizm Modeli” Simulyasiya oyununda iştirak edərək öz bilik və bacarıqlarını artırmışdır.

Layihənin əsas məqsədi 2016-cı Multikulturalizm ili çərçivəsində Azərbaycanda multikultural dəyərlərin aşılanması, vətəndaş cəmiyyətinin düzgün istiqamətə yönləndirilməsi, gənclərdə humanizm, tolerantlıq prinsiplərinin formalaşdırılması ilə demokratik mühiti inkişaf etdirmək, dünya mədəniyyətinə inteqrasiyanı sürətləndirmək, inteqrasiya fonunda

Azərbaycan mədəniyyətinin dünya miqyasında tanınmasına nail olmaqla milli- mənəvi dəyərlərimizin, tarixi nailiyyət və abidələrimizin mənfurlar tərəfindən öz adına çıxarmağın qarşısını almaqdan ibarətdir. Düşərgə 25.07.2016-30.07.2016 tarixlərində İsmayıllı rayonunda həyata keçirilmişdir.

Düşərgə proqramında film gecəsi, iməcilik, intellektual oyunlar, ictimai müzakirə və müxtəlif əyləncələr həyata keçirilib. Qeyd edək ki, düşərgədə qaldıqları müddətdə 14 regiondan 100 nəfərdən çox gənc 8 komandaya bölünərək komandalarının qalibiyyəti uğrunda mübarizə aparmış və müxtəlif göstəricilər üzrə qiymətləndirilmişdir.

Sonda qalib komandalar İRƏLİ İctimai Birliyi tərəfindən mükafatlandırılmışdır.

Düşərgənin bağlanış mərasimi gənclərin təltifləndirilməs ilə sonlanıb.

www.yenicag.az

588
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv