!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

18 ildən sonra prezident Mirziyayevin Türkiyəyə səfəri... - Özbəklər nə düşünür?

!Reklam – Yazi

Bildiyimiz kimi, bu gün Özbəkistan prezidenti Şövkət Mirziyayev Türkiyəyə rəsmi səfərə gedəcək.

Prezidentin bu səfərini Yenicag.az-a Özbəkistan Demokratiya və İnsan Haqları institutunun direktoru, hüquq elmləri namizədi Sayera Ataxanova Xodjayeva şərh edir:

“Türkiyə ilə diplomatik münasibətlər 1992-ci ilin martında – Özbəkistan müstəqillik əldə etdikdən sonra quruldu. O illərdə türk iş adamları bizim ölkəyə böyük investisiyalar qoydular və nəticəsi də uğurlu oldu. Çox təəssüf ki, sonradan, yəni 1999-cu ildən ta 2006-cı ilə qədər hər iki ölkə arasında münasibətlər hiss olunacaq qədər soyudu.

Düzdür, indi bunun səbəbini müzakirə etməyəcəm, çünki bu barədə elə də səhih məlumatım yoxdur. Əsas odur ki, hər şey yaxşılığa doğru dəyişib. Hazırda Türkiyə-Özbəkistan arasında çox yaxşı münasibətlər var. Qeyd edim ki, bu münasibətlər xüsusilə Şövkət Mirziyayevlə R. Ərdoğanın Pekində keçirilən “Bir kəmər, bir yol” adlı sammitdəki görüşündən sonra “istiləşib.

Bildiyimiz kimi hələ 2014-cü ildə Türkiyənin BMT-nin Təhlükəsizlik Şurasına müvəqqəti üvzlük məsələsi gündəmə gələndə də Özbəkistan onu dəstəkləməyə hazır olduğunu bildirmişdi. Hətta ölkələrimiz arasındakı dostluq münasibətlərinin dövlət səviyyəsində “soyuduğu” illərdə belə sıravi vətəndaşlar insani münasibətləri qoruyub saxlamış, xüsusən də turizm sektorunda inkişaf etdirmişdi. Mən hər il Türkiyəyə istirahətə gedən yüzlərlə həmvətənlimi tanıyıram. Türkiyəyə iş üçün üz tutan nə qədər özbək var ki… Mən İstanbulda keçirilən “Türkdilli ölkələrdən olan qadınların I Qurultayı”nda iştirak edəndə sözün yaxşı mənasında heyrətləndim. Türklərin Özbəkistana “Ata yurd” demələri məni kövrəltdi.

Bizi çox qədim tarixi köklər, eyni dil, eyni etiqad bağlayır. Məncə, elə bütün bunlar hər iki tərəfin xeyrinə olan əməkdaşlığın möhkəmlənməsi üçün əsas amildir. Yuxarıda qeyd etdiyim kimi, 18 ildən sonra prezident Mirziyayevin Türkiyəyə səfəri bizim üçün çox əlamətdar bir hadisədir. Təkcə iqtisadi, mədəni və humanitar deyil, digər müxtəlif sahələrdə də qarşılıqlı əməkdaşlıq barədə sənədlərin imzalanması gözlənilir ki, bu da hər iki ölkə arasındakı inkişafa öz töhfəsini verəcək.

www.yenicag.az

1942
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv