www.sinerjipro.net

SinerjiProWide
Reklam

11853884_1051546458218560_1721391028_nİRƏLİ İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gəncə şəhərinin Hacıkənd qəsəbəsində həyata keçirdiyi SAYGreen layihəsi davam edir.

“İRƏLİ” İctimai Birliyi tərəfindən təşkil olunan #‎SAYGreen‬ layihəsinin ilk günündə gənclərə Azərbaycan Hava və Ekstrimal İdman növləri Federasiyası tərəfindən hündür məsafələrə yürüş və dağa dırmanma haqqında xüsusi təlimlər keçirilmişdir. İlk gündə gənclər üçün təşkil olunmuş açılış partysi RedBull Azerbaijan tərəfindən təşkil olunmuşdur.

Daha sonra gənclərə Azərbaycan Hava və Ekstrimal İdman növləri Federasiyası tərəfindən hündür məsafələrə yürüş və dağa dırmanma haqqında Dağçılıq Məktəbinin təlim tədris bölməsinin rəhbəri Babək Orabanlı tərəfindən xüsusi təlimlər keçirilmişdir. Təlimlərdə 100-ə yaxın gənc dağçılıq haqqında geniş məlumatlar əldə edib, həmçinin praktiki sınaq yürüşü etmişdir.

“İRƏLİ” İctimai Birliyi tərəfindən təşkil olunan SAY:Green layihəsinin növbəti günü gənclər Azərbaycan Respublikası Səmti Müəyyən Etmə Federasiyası tərəfindən təşkil olunan təlimlərdə iştirak etmişdir. Təlimlərdə iştirakçılara ‘Atlet və qaçış”, “Xəritə və kompas” mövzularında praktiki təlimlər keçirilmişdir.
Xatırladaq ki, layihənin əsas məqsədi düşərgə zamanı təbiətin insan tərəfindən çirkləndirməsinin mümkün qədər aradan qaldırılması və gənclərə sosial məsuliyyəti öyrədərək gələcəkdə böyük ekoloji problemlə qarşılaşmamaq üçün onlara sağlam həyat prinsiplərini aşılamaqdır.
Düşərgə zamanı gənclərə Azərbaycanda aparılan könüllü hərəkatı üzrə xüsusi təlimçilər, səmti müəyyən etmə, dağçılıq, atıcılıq, velosiped idmanı, ekoloji maarifləndirmə üzrə xüsusi təlimlər və təcrübə proqramları təşkil olunacaq.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 172
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."