www.sinerjipro.net

SinerjiProWide
Reklam

11846110_1055429681163571_326766467_nGənclərlə bağlı müntəzəm maarifləndirmə tədbirləri həyata keçirən “İRƏLİ” İctimai Birliyi Avropa Oyunlarından öncə hazırlanmış konsepsiya əsnasında ərsəyə gələn “SAY” (Support of Azerbaijan Youth) hərəkatının növbəti tədbirini reallaşdırıb. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və İRƏLİ İctimai Birliyinin təşkilatçılığı ilə “SAY” hərəkatının ikinci fəaliyyəti çərçivəsində təşkil olunan düşərgədə gənclər açıq havada qurulan yaşayış çadırlarında qalaraq, bir sıra ekoloji, ətraf mühitin qorunması sahəsində təlimlərdə, ictimai müzakirələrdə iştirak edərək öz bilik və bacarıqlarını inkişaf etdirib və eyni zamanda təşkil olunan səmti müəyyən etmə, dağçılıq və müxtəlif ekstrim idman növləri üzrə yarışlarda özlərini sınayıblar. Düşərgə zamanı gənclərə Azərbaycanda aparılan könüllü hərəkatı üzrə xüsusi təlimçilər, səmti müəyyən etmə, dağçılıq, atıcılıq, velosiped idmanı, ekoloji maarifləndirmə üzrə xüsusi təlimlər və təcrübə proqramları təşkil olunub.
Seçim zamanı təbiətin qorunmasında ekoloji prinsiplərin önə çəkilməsində maraqları ola biləcək 100-ə yaxın gəncə üstünlük verilib.
Qeyd edək ki, İRƏLİ İctimai Birliyi tərəfindən həyata keçirilən “SAY” hərəkatı ilk tədbirini Avropa Oyunlarına dəstək istiqamətində könüllülərin dəstəyi üçün həyata keçirmişdir.
“İRƏLİ” İctimai Birliyi tərəfindən təşkil olunan “‎SAY:Green”‬‬ layihəsinin ilk günündə gənclərə Azərbaycan Hava və Ekstrimal İdman növləri Federasiyası tərəfindən hündür məsafələrə yürüş və dağçılıq haqqında Dağçılıq Məktəbinin təlim tədris bölməsinin rəhbəri Babək Orabanlı tərəfindən xüsusi təlimlər keçirilib. Təlimlərdə 100-ə yaxın gənc dağçılıq haqqında geniş məlumatlar əldə edib, həmçinin praktiki sınaq yürüşü edib.‬‬
“İRƏLİ” İctimai Birliyi tərəfindən təşkil olunan “SAYGreen” layihəsinin növbəti günü gənclər Azərbaycan Respublikası Səmti Müəyyən Etmə Federasiyası tərəfindən təşkil olunan təlimlərdə iştirak edib. Təlimlərdə iştirakçılara “Atlet və qaçış”, “Xəritə və kompas” mövzularında praktiki təlimlər keçirilib.
Daha sonra gənclərə “İDEA” İctimai Birliyinin mütəxəsisləri tərəfindən “EKO” könüllülük mövzusunda təlim keçirilmişdir. Eyni zamanda təlimdə gənclər “İDEA” İctimai Birliyinin ətraf mühitin mühafizəsi sahəsində göstərdiyi fəaliyyətlər ilə tanış olub.
Layihəsinin növbəti günündə Azərbaycan Atıcılıq Federasiyasının dəstəyi ilə 100 nəfər gənc arasında atıcılıq turniri keçirilmişdir. Gənclərə Atıcılıq Federasiyasının mütəxəsisləri tərəfindən atış texnikaları və təhlükəsizlik qaydaları haqqında məlumat verildikdən sonra gənclər özünü stend atıcılıq sahəsində sınayıblar.
Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə 100 nəfər gənc arasında Göygöl rayon Gənclər Mərkəzində velosiped yarışı təşkil olunub. Qeyd edək ki, yarış estafet formatında həyata keçirilib və gərgin mübarizə şəraitində davam edən yarışın nəticəsində “Kəpəz” komandası qalib olub.
SAY:Green layihəsinin beşinci günündə Azərbaycan Respublikası Təmiz Şəhər ASC tərəfindən iştirakçılara “Məişət tullantılarının ətraf mühitə vurduğu ziyan və bu tullantıların idarə olunması” mövzusunda seminar keçirib.
Layihənin əsas məqsədi düşərgə zamanı təbiətin insan tərəfindən çirkləndirməsinin mümkün qədər aradan qaldırılması və gənclərə sosial məsuliyyəti öyrədərək gələcəkdə böyük ekoloji problemlə qarşılaşmamaq üçün onlara sağlam həyat prinsiplərini aşılamaq olub.
Layihə 04.08.2015 – 09.08.2015 Gəncə şəhərinin Hacıkənd qəsəbəsində keçirilib.
Düşərgənin proqramında film gecəsi, iməcilik, ekoloji oyunlar, ictimai müzakirə və müxtəlif əyləncələr həyata keçirilib. Düşərgədə qaldıqları müddətdə 14 regiondan 100 nəfərdən çox gənc komandalara bölünərək komandalarının uğurları uğrunda mübarizə aparıblar. Sonda qalib komandalar İRƏLİ İctimai Birliyi tərəfindən mükafatlandırılıb. Düşərgə bağlanış mərasimində gənclərin təltifləndirilməsilə sonlanıb.

11830228_1055429641163575_1649142562_n 11846110_1055429681163571_326766467_n 11846273_1055429677830238_69261909_n 11853973_1055429674496905_2117985189_n 11857512_1055429654496907_735135549_n 11896923_1055429644496908_581602368_n 11880188_1055429671163572_554563263_n 11880051_1055429651163574_1235850816_n 11868834_1055429667830239_174102379_n 11868826_1055429647830241_1870866708_n

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 46
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."