yenicag.az
yenicag.az

Sayt rəhbəri Prezidentə açıq məktub yazdı – Xaker hücumları ilə bağlı

Sayt rəhbəri Prezidentə açıq məktub yazdı – Xaker hücumları ilə bağlı

Müəllif: Redaktor

Editor

12647874_10207291817846469_861750441_n“Artıq bizi hər hansı server qəbul etmək istəmir”

Conflict.az saytının Baş redaktoru Hacı Bakir Həsənbəyli son günlər rəhbərlik etdiyi informasiya portalına qarşı məqsədli xaker hücumları ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, DTX-nın rəisi Mədət Quliyevə, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə və Mətbuat Şurasının sədri Əflatun Amaşova rəsmi müraciət edib.

Müraciətdə deyilir: “Diqqətinizə çatdırım ki, rəhbərlik etdiyim Conflict.az onlayn ictimai siyasi qəzeti ötən ilin aprelindən Azərbaycan qanunlarına müvafiq formada fəaliyyət göstərir. Fəaliyyət göstərdiyimiz müddətdə hər zaman Azərbaycan Dövlətinin mənafeyini dünyada hər şeydən üstün tutmuşuq. Eyni zamanda Sizin – Azərbaycan Respublikasının Prezidentinin media ilə bağlı fəaliyyətinizi təqdir edirik. Milli Mətbuatın 140 iliyi ilə bağlı Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşünüz zamanı söylədiyiniz, “Media problemlərin aşkara çıxarılması üçün mənim ən yaxın dəstəkçilərimdən biridir” – fikiri bu gündə tərəfimizdən səmimiyyətlə qəbul edilir. Nəzərinizə çatdırım ki, Sizin MŞ İH üzvləri ilə görüşünüz zamanı söylədiyiniz, “bundan sonra da ölkədə baş verən hər hansı pozuntu hadisəsinə qarşı mətbuatı fəal olmağa çağırıram” – fikrinizi Azərbaycan Prezidentinin bu sahəyə dəstəyi kimi dəyərləndiririk. Siz mediada yer alan tənqidlər barədə danışaraq bildirdiniz ki, medianın müxtəlif sahələri tənqid etməsini təqdir edirsiniz, bəzən özünüzdə də, müxtəlif tənqidi məqamlar, çatışmazlıqlarla bağlı məsələləri məhz mediadan öyrənir, bununla bağlı müxtəlif göstərişlər verirsiniz. Artıq bir aya yaxındır ki, Conflict.az onlayn – ictimai siyasi qəzetə fəaliyyət göstərməsi üçün hələ ki, naməlum olan şəxslər tərəfindən ciddi maneələr var. Sayt bir aya yaxındır ki, xakerlər tərəfindən mütəmadi hücuma məruz qalır. Son 15 gündə ikinci serverdir ki, dəyişirik. Hər dəfə cəmi bir gün fəaliyyət göstərə bilirik. Serverlərə nəzarət edən şəxslər hücumun qarşısını almaqda ciddi problemlərlə üz-üzə qalırlar. Və sonda məhz Conflict.az-ın fəaliyyətini dayandırdıqdan sonra, normal işlədiklərini bildirirlər. Həmin şəxslər bizim də daxil olduğumuz serverlərə hücumların əsasən Rusiyadan edildiyini bildirirlər.

Cənab Prezident!

Mənim və kiçik kollektivimizin nə Rusiyanın prezidenti cənab Vladimir Putinlə, nə də ölkəsinin hər hər hansı məmuru ilə qarşılıqlı problemlərimiz yoxdur. Əslində bizim hər – hansı Azərbaycan məmuru ilə də problemimiz yoxdur. Biz sadəcə məhz Sizin də qeyd etdiyiniz kimi ölkədə baş verən məmur özbaşınalığı, korrupsiya və mənimsəmə halları ilə bağlı məlumatlar dərc edir, araşdırmalar aparırıq. Deməli Conflict.az-ın dərc etdiyi araşdırmalar və operativ informasiyalar məhz bizim ölkəmizdə bu işlə məşğul olan kimlərinsə xoşuna gəlmir. Hesab edirik ki, elə ona görə də xakerlər tərəfindən arası kəsilmədən edilən hücumların arxasında hansısa maraqlı şəxs və ya şəxslər dururlar. Onu da əlavə edək ki, bu məsələ ilə bağlı hər hansı göstərişin sıravi vətəndaş tərəfindən verilməsi də inandırıcı görünmür. Sadə vətəndaş özü ilə bağlı olmayan məsələyə nədən təpki göstərməlidir ki? Artıq bizi hər hansı server qəbul etmək istəmir. Bildirirlər ki, bizim daxil olduğumuz serverin fəaliyyəti xaker hücumları nəticəsində həmən iflic vəziyyətə salınır. Göründüyü kimi ölkədə mətbuat üzərindəki senzura götürülsə də, hələ də istənilən an MƏMUR SENZURASI qalmaqdadır. Deməli hər hansı məmurun qanunsuz hərəkəti ilə bağlı tənqidi fikrin yazılması, dərhal həmin mətbuat orqanının məhkəmə qərarına ehtiyac olmadan fəaliyyətinin dayanmasına səbəb olacaq. Mən son günlər hələ ki, məlum olmayan şəxs və ya şəxslərin mənə qarşı qisasçılıq hissini görürəm. Bunu özüm və ailəm üçün ciddi təhlükə hesab edirəm. Hələ ki, naməlum olan şəxs və ya şəxslər sanki bütün fəaliyyətlərini bu saytın yox edilməsi istiqamətində birləşdiriblər. Həmin informasiya və araşdırmaları isə özü-özünə deyil, məhz mənim tərəfimdən hazırlanır və dərc edilir. Deməli bu qəzəbin əsas ünvanı da mən və ailəmdir.

Cənab Prezident!

Xahiş edirəm, Azərbaycanın mövcud qanunlarına müvafiq olaraq fəaliyyət göstərən Conflict.az onlayn ictimai – siyasi qəzetin normal fəaliyyətinin təmin edilməsində bizə kömək edin və bir aydır ki, fəaliyyətimizə məqsədli şəkildə mane olan, xaker hücumlarını təşkil etdirən şəxsin və ya şəxslərin taplıb cəzalandırılması üçün, eyni zamanda informasiya təhlükəzisliyindən sorumlu, xarici və daxili müdaxilədən qorumalı olan müvafiq strukturlara göstəriş verin. Yox əgər Conflict.az onlayn ictimai – siyasi qəzetin fəaliyyətinin dayandırılması vacibdirsə və ya lazımdırsa bunu məhz Siz – Azərbaycan Respublikasının Prezidenti olaraq edin. Əksinə, fəaliyyət göstərməyimizi istəyirsinizsə o halda da məhz Siz – Azərbaycan Respublikasının Prezidenti olaraq bu problemin həllində bizə kömək edin”.

Media, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti