!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səbail məktəblilərinə “Diaspor dərsi” keçirilib

!Reklam – Yazi

7001b69b-ede5-44c0-92b6-52f3d185b1d0Diaspor Jurnalistləri Birliyinin “Orta məktəblərdə diaspor dərsləri” layihəsi davam edir. Növbəti dərs dekabrın 17-də Səbail rayonundakı 236 saylı tam orta məktəbdə keçirilib. Öncə 236 saylı məktəbin direktoru Xanlar İmaməliyev çıxış edərək DJB-nin bu təşəbbüsünü yüksək qiymətləndirib və layihənin şagirdlərin diasporla bağlı maariflənməsində əhəmiyyətli rol oynayacağını deyib.
Xanlar İmaməliyev bildirib ki, 236 saylı məktəbin məzunlarından da xaricdə təhsil alanlar var.
DJB sədri Fuad Hüseynzadə “Orta məktəblərdə diaspor dərsləri” layihəsinin könüllü icra edildiyini və Azərbaycanda ilk dəfədir ki, belə bir layihənin keçirildiyini diqqətə çatdırıb: “Məqsədimiz siz şagirdlərin Azərbaycan diasporu haqda düşüncəsini inkişaf etdirməkdir. Bilməliyik ki, dünya azərbaycanlılarının sayı 50 milyondan çoxdur”.

Fuad Hüseynzadə bildirib ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar həmrəylik nümayiş etdirilər: “Diasporumuzun əsas hədəfi Azərbaycan həqiqətlərinin xaricdə yayılmasıdır. Bu hədəflərlə çatmaq üçün strategiya ictimai-siyasi vəziyyətə uyğun olaraq qurulur”
Diasporla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Əbülfəz Şeydabəyov milli diasporumuzun inkişaf tarixi və yayılma coğrafiyası haqqında məlumat verib.

Əbülfəz Şeydabəyovun sözlərinə görə, dünyanın 70 ölkəsində bizim soydaşlarımız yaşamaqdadır: “Məlumdur ki, xarici siyasətdə diaspor və lobbiçilik çox güclü təsir elementidir. Bu istiqamətdə iş aparmaq üçün Azərbaycanda Diasporla İş üzrə Dövlət Komitəsi yaradılıb. Günümüzədək hər beş ildə bir dəfə olmaqla, toplam üç böyük miqyaslı Dünya Azərbaycanlılarının Qurultayı keçirilib. Müstəqillik öncəsi dağınıq, bir-birindən xəbərsiz dünyanın müxtəlif bölgələrində Azərbaycan naminə çalışan xaricdəki soydaşlarımız indi bir-birləri ilə hər zaman əlaqə saxlayır. Ana Vətən Azərbaycanın güclü dəstəyi ilə koordinativ şəkildə çalışırlar”.

Çex-Azərbaycan İctimai Birliyinin sədri Əbdül Əliyev bildirib ki, aparıcı Çexiya universitetləri ilə müxtəlif xarakterli layihələr, tədqiqat mərkəzləri və digər ictimai-önəmli strukturlarla işlərin inkişafına və qurulmasına çalışır, mədəni, siyasi və iqtisadi sahələrdə müxtəlif xarakterli layihələr üzrə birgə iş fəaliyyəti göstərirlər: “Öz fəaliyyəti ilə Çex-Azərbaycan İctimai Birliyi iki millət arasında dialoqun inkişafına və bütün sahələr üzrə daha da dərin əlaqələr qurulmasına xidmət edir. İş fəaliyyətinin əsas tezisi şübhəsiz ki, Azərbaycanın milli maraqlarını qoruyub saxlamaq və üçüncü qüvvələrin iki millət arasında hər hansı bir xələl gətirmək istəyini, operativ şəkildə qarşısını almaqdır”.

O, Çexiyada təhsil alan tələbələrimizə də bir sıra sahələrdə yardımçı olduqlarını deyib. Əbdül Əliyev bildirib ki, qısa müddətdə təşkilat tərəfindən bir neçə layihə həyata keçirilib.

Diaspor Jurnalistləri Birliyinin baş katibi Siyavuş Əmirli isə təşkilatın gördüyü işlərdən danışıb: “Diaspor Jurnalistləri Birliyi Azərbaycan mediasının diaspor mövzusuna diqqətinin daha da artırılması, xaricdəki azərbaycanlı və əcnəbi jurnalistlərlə əlaqələrin qurulması, Azərbaycan tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyələrinin xaricdə daha da geniş yayılmasını təşkil etmək məqsədi yaradılıb. Az müddətdə DJB bir sıra uğurlu işlərə imza atıb. Belə ki, DJB tərəfindən Bakıda 4 dəyirmi masa keçirilib, Xocalı soyqırımı ilə bağlı bir film çəkilib. Hazırda DJB ictimai təşəbbüsü əsasında ölkə daxilində 2, xaricdə isə 3 layihə icra edir. DJB bu müddətdə 15 ölkənin 20 nüfuzlu mediasında Azərbaycan, eləcə də Qarabağ həqiqətləri ilə bağlı məqalələr dərc etdirib”. Siyavuş Əmirli deyib ki, Azərbaycan diasporu bu gün mütəşəkkil gücə çevrilib.

Diskussiya şəraitində keçən “Diaspor dərsi”ndə şagirdləri maraqlandıran suallara cavab verilib.
236 saylı orta məktəbin slovakiyalı şagirdi Viktoriya Şmalova Azərbaycanda təhsil almağından məmnun olduğunu deyib: “Azərbaycanda məni çox səmimi qarşıladılar. Mənim bu məktəbdə çoxlu dostlarım var. Siz, azərbaycanlılar çox qonaqpərvər xalqsız. Sevinirəm ki, mənə Azərbaycanda təhsil almaq nəsib olub”.

Nəzərə çatdıraq ki, layihə çərçivəsində Bakının 12 məktəbində 10-11-ci sinif şagirdlərinə “Diaspor dərsi”nin keçirilməsi nəzərdə tutulub.

DJB-nin Mətbuat xidməti

www.yenicag.az

923
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv