yenicag.az

Səbail rayonunda Müqəddəs Qurban Bayramı qeyd olunub

Səbail rayonunda Müqəddəs Qurban Bayramı qeyd olunub

Müəllif: Redaktor

Editor

unnamedMüsəlman dünyasının ən əziz bayramlarından olan Qurban Bayramı Azərbaycanda böyük təmtəraqla keçirilir. Bu zaman hər bir insan öz xeyirhaq əməlləri ilə ehtiyacı olan insanlara yardımlar edir, onlara kəsdikləri qurbanlardan pay göndərirlər.

Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ənənəvi olaraq rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibəti ilə qurbanlar kəsilməsi və rayonun qəsəbələri, yaşayış sahələrində imkansız ailələrə paylanması təşkil olunmuşdur. Bu qəbildən keçirilən tədbirlərdən birincisi rayonun Bayıl yaşayış sahəsində təşkil olunmuş mərasim olmuşdur.

Səbail rayon rəhbərliyi, rayondakı ictimai təşkilat və birliklərin, din xadimlərinin, rayon sakinləri və burada məskunlaşmış məcburi köçkün ailələrinin, həmçinin tədbirin təşkilati işlərində yaxından iştirak etmiş idarə və təşkilatların nümayəndələrinin iştirakı ilə təşkil olunan mərasimə toplaşanlar rayon rəhbərləiyi adından müqəddəs Qurban Bayramı münasibəsi ilə təbrik edilmişdir. Tədbirdə ölkə başçısı cənab İlham Əliyev tərəfindən xalqımızın Milli mənəvi dəyərlərlərinə olan diqqət və qayğısından, bu istiqamətdə ölkədə həyata keçirilən işlərdən danışılmış, qeyd olunmuşdur ki, Qurban bayramı İslam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır, dərin tarixə malikdir və hər il dünya müsəlmanları tərəfindən qeyd edilir. Bu bayram özü ilə hamıya saflıq, təmizlik gətirir. Bu bayram bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir. İslamda qurbanlıq ayini xüsusı mahiyyət və əhəmiyyət kəsb edir. Onun ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir.
Tədbirdə çıxış edən ictimai birliklərin, Veteran təşkilatlarının rəhbərləri, məcburi köçkünlərin nümayəndələri və digərləri bayram münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Daha sonra tədbir rayonun günbəgün böyüyüb inkişaf edən Badamdar qəsəbəsində davam etmişdir. Buradakı tədbirə rayon rəhbərliyi ilə yanaşı rayonun din xadimləri, qəsəbə bələdiyyəsinin, ictimaiyyətinin, burada məskunlaşmış məcburi köçkünlərin nümayəndələri, qəsəbə ağsaqqalları, iş adamları, Badamdardakı hərbi hissənin şəxsi heyətinin üzvləri toplaşmışdı. Bayramsayağı bəzədilmiş həyətdə islam adət-ənənələrinə uyğun, din xadimlərinin iştirakı ilə qurbanlar kəsilərək paylanmışdır. Aşıqların ifası tədbiri daha rəngarəng etmişdir.

Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov sakinlərlə görüşmüş, onları bayram münasibəti ilə təbrik etmiş, burada təşkil olunmuş çay süfrəsi ətrafında ağsaqqallar, veteranlar, ictimaiyyət nümayəndələrinə gələcəkdə Badamdar qəsəbəsində nəzərdə tutulmuş sosial-iqtisadi inkişaf barədə məlumat verilmişdir.

Qeyd olunub ki, Qurban Bayramı ilə əlaqədar 2 gün ərzində Səbail rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, qaçqınlara, ərazidə yerləşən 24 yataqxanada kompakt məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 5500-dən çox ailəyə qurban payları təqdim ediləcəkdir.
Qurban Bayramı ilə əlaqədar tədbirlər rayonun digər qəsəbə və yaşayış sahələrində, həmçinin «Bibiheybət ziyarətgah» məscidi və İçəri şəhərdəki «Cümə» məscidində də keçiriləcəkdir.

 

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti