!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səbail rayonunun orta məktəbləri yeni dərs ilinə başladı-Foto

!Reklam – Yazi

unnamed15 sentyabr – «Bilik günü» ənənəvi olaraq Səbail rayonunun bütün orta təhsil müəssisələrində təntənəli şəkildə qeyd olunmuşdur. Yeni dərs ili ərəfəsində məktəblərdə böyük hazırlıq işləri aparılmış, ilk dərs günü 16 orta məktəbdə dərslərə başlanmışdır.

Səbail rayonunun mərkəzindəki 6 saylı məktəb-liseydə yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbir Azərbaycan Dövlət himninn şagirdlər və tədbirdə iştirak edən qonaqların birgə ifası ilə bağlanmışdır. Tədbiri açınq elan edən 6 saylı məktəb-liseyin direktoru, əməkdar müəllim Gülşən Orucova məktəbin tarixi barədə məlumat verərək qeyd etmişdir ki, yaşı 100 ildən çox olan məktəb binası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən məktəb 2010-cu ildə sökülərək yenidən müasir standartlara uyğun tikilmiş, 2011-ci il sentyabrın 15-də cənab Prezidentin iştirakı ilə açılış mərasimi keçirilmişdir. Burada müasir təhsil üçün hər cür şərait yaradılmışdır. Ölkə başçısının bir vaxtlar oxuyub təhsil aldığı öz döğma məktəbinə olan diqqət və qayğısı bütün pedaqoji kollektivi daha yaxşı işləməyə, vətənimiz üçün savadlı və vətənpərvər nəslin yetişdirilməsi işində daha uğurla çalışmağa sövq etmişdir.

Məktəb 2 dəfə «Ən yaxşı ümumtəhsil müəssisəsi» müsabiqəsinin, məktəbin 15 nəfər müəllimi isə «Ən yaxşı müəllim» müsabiqəsinin qalibləri arasında olmuşdur.

2014-2015-ci tədris ilinin yekunlarna görə məktəbi 5 sinifdə 140 nəfər bitirmiş, onların 134 nəfəri ali məktəblərə qəbul olunmuşlar. Məzunların 6 nəfəri 600-dən, 4 nəfəri isə 650-dən çox bal toplamışlar. Məktəbin 3 məzunu «Qızıl medal»a layiq görülmüş, 13 nəfər isə xarici ölkələrin ali məktəbinə qəbul olunmuşdur.

2015-ci ildə təhsil Nazirliyinin qərarı ilə Yasamal rayonundakı 150 saylı orta məktəb 6 saylı məktəbə birləşdirilmiş, bu ildən məktəbin II korpusu kimi fəaliyyət göstərəcək.

Gülşən Orucova təhsilə olan diqqət və qayğıya, məktəbdə yaradılan şəraitə görə cənab Prezidentə öz dərin təşəkkürünü bildirmişdir.

«Bilik günü»nə həsr olunan tədbirlərdə iştirak edən Səbail rayon İcra Hakimiyyəti Başçısının birinji müavini Xalidə Bayramova məktəbin kollektivini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır.

Qeyd olunmuşdur ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin birinci xanımı Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi qəbul olunmalıdır. Prezident İlham Əliyevin müdrik siyasəti nətijəsində bu gün bütün respublikamızda, xüsusən də paytaxtımızın paytaxtı sayılan Səbail rayonunda təhsilin səviyyəsi günü-gündən artmaqdadır. Yeni məktəblər tikilib, bir çox təhsil müəssisələr əsaslı təmir olunub, bunun da nətijəsində təhsil ojaqlarının maddi-texniki bazası möhkəmlənib.

Bunun bariz nümunəsidir ki, ölkə başçısının imzaladığı Sərəncam və Dövlət Proqramlarına əsasən rayondakı orta və məktəbəqədər təhsil müəssisələrinin böyük əksəriyyəti əsaslı təmr olunmuş, 1 yeni orta məktəb və 1 yeni uşaq bağçası tikilmiş, 2 orta məktəb, 1 uşaq musiqi məktəbi sökülərək yenidən tikilmişdir. 2 məktəb üçün yeni əlavə korpus tikilmiş, 1 peşə, 12 orta, 2 uşaq musiqi məktəbləri, 2 uşaq texniki yaradıcılıq mərkəzi, 10 uşaq bağçası əsaslı təmir olunmuşdur.

Bidirilmişdir ki, rayonun orta məktəblərini 1481 nəfər bitirmiş, onlardan 989 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 137 nəfəri 500-dən yuxarı, 47 nəfəri 600-dən, 19 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunlarından 127 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuş, 6 məzun qızıl medala layiq görülmüşdür.

Xalidə Bayramova Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın da ölkəmizdə təhsilin inkişafındakı əvəzsiz xidmətlərindən söz açımış, Fondun dəstəyi görülən işlər barədə məlumat vermişdir.
Məktəb şagirdlərinin hazırladığı bədii kompozisiya, müasir bal və milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olunmuşdur. Tədbirdə çıxış edənlər təhsilə olan diqqət və qayğıya, məktəblərdə yaradılan şəraitə görə cənab Prezidentə öz dərin təşəkkürünü bildirmişlər.

Ənənəvi «Bilik günü» tədbirləri rayonun digər məktəblərində də keçmiş, bu tədbirlərdə RİH-nin məsul nümayəndələri, ağsaqqallar, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

www.yenicag.az

1492
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv