Səbaildə “Bayraq günü” keçirilib

Müəllif: Redaktor

Editor

unnamed (1)Badamdar qəsəbəsində möhtəşəm Bayraq günü tədbiri keçirilib

Səbail rayonunun günbəgün böyüyən və inkişaf edən qəsəbəsi olan Badamdar qəsəbəsindəki Heydər Əliyev parkında Dövlət Bayrağı gününə həsr olunmuş «Bayrağımız – qürur mənbəyimizdir» adlı ədəbi-bədii tədbir keçirilmişdir.

Böyük insan kütləsinin toplaşdığı, qəsəbə sakinlərinin, buradakı orta və məktəbəqədər təhsil müəssisələri kollektivlərinin, digər təşkilatların nümayəndələrinin, həmçinin Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizovun, rayon ictimaiyyətinin və çoxsaylı qonaqların iştirak etdiyi tədbir Müdafiə Nazirliyinin hərbi orkeçtrinin müşayəti ilə Azərbaycan Respublikasının Dövlət himninin ifası ilə başlamışdır.

Xüsusi olaraq tədbir üçün tikilmiş böyük ölçülü Azərbaycan Respublikasının Dövlət Bayrağının kursantlar tərəfindən təntənəli şəkildə parka gətirilməsi, hərbi geyimli məktəblilərin sıra keçidi, məktəblilərin canlı şəkildə 9 Noyabr – Dövlət Bayrağı günü sözünü qurmaları tədbirə xüsusi rəng qatmışdır.

Sonra qonaqlar və tədbir iştirakçıları qarşısında Badamdar qəsəbəsindəki orta məktəblərin şagirdləri və Cahangir Cahangirov adına xorunun üzvləri ilə birgə çıxış etmişlər. Onların çıxışı tədbir iştirakçılarında xoş təəssüratlar yaratmışdır.

Tədbirlə məktəblilərin ifasında bayrağımıza həsr olunmuş şer və ədəbi kompozisiyalar, tanınmış müğənnilərin ifasında mahnılar, hərbi orkeçtrin ifasında marşlar səslənmişdir.
Qeyd olunmuşdur ki, Bayrağımız tarixin keşməkeşli yollarından keçib, illərin sınağından çıxıb, müstəqillik uğrunda gedən mücadilələrdə şəhid olmuş minlərlə oğul və qızlarımızın qanına boyanıb. Ona görə də hər bir azərbaycanlı üçün bu bayraq həm də müqəddəsdir.
Bu gün ölkəmizin bütün güşələrində dalğalanın, dövlətimizin suverenlik rəmzi sayılan bayrağımızın zəngin tarixi vardır. Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında hökumət qərarı 1918-ci il noyabr ayının 9-da onun Bakıda fəaliyyətə başladıqdan sonra verilmişdir. Üç rəngli, ay ulduzlu bayrağımız ikinci dəfə 1990-cı il noyabr ayının 17-də Ümummilli liderimiz Heydər Əliyevin səyləri nəticəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmiş, daha sonra isə Azərbaycan Respublikası Ali Soveti 5 fevral 1991-ci ildə üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.

Azərbaycan bayrağı milli ləyaqət simvolumuzdur. Onu başı üzərində uca tutmaq, vüqarla dalğalandırmaq hər bir azərbaycanlının şərəf borcudur.

Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə Azərbaycanda Dövlət Bayrağı Günü təsis edilmiş və artıq hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Məhz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin şəxsi təşəbbüsü ilə Bakı şəhərinin ən mənzərəli yerlərindən birində, Səbail rayonunun Bayıl yaşayış sahəsində, Xəzər dənizinin sahilində dayağın hündürlüyü 162 metr olan və Ginnesin rekordlar kitabına lüivüi əzəmətli memorial abidə-istirahət parkı olan Dövlət Bayrağı Meydanı istifadəyə verildi və 2010-cu ilin sentyabrın 1-də ölkə başçısı tərəfindən Meydanın təntənəli açılışı keçirildi ki, bu da ölkəmizdə Dövlət bayrağına yüksək qiymət verilməsinin göstəricisidir.
Babalarımız milli və dövlət kimi varlığımızın sübutu, atalarımızın əmanəti olan, uğrunda minlərlə vətən övladının canından keçdiyi bayrağımızı uca tutmağı tövsiyə ediblər. Dövlət bayrağımız millətimizin, xalqımızın azadlıq və istiqlal ideyalarının, milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus qədim və çağdaş mədəniyyətə sahib olduğunun təcəssümüdür.

Məlumat üçün : İsrafil Kərimov – Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır