Səbaildə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü qeyd olunub

Səbaildə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü qeyd olunub

Müəllif: Redaktor

Baş Redaktor

????????????????????????????????????

Dənizkənarı Milli Parkdakı Beynəlxalq Muğam Mərkəzində Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azəbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş böyük ədəbi-musiqili tədbir keçirilmişdir. Tədbirdə rayon rəhbərliyi ilə yanaşı, Milli Məclisin deputatları, rayonun idarə, təşkilat, elm və təhsil müəssisələrinin, gənclər və veteranlar, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Qeyd olunmuşdur ki, bu tarix Azərbaycan millətinin ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır və dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən qeyd olunur.

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Beləliklə, 31 dekabr tarixi bütün azərbaycanlılar üçün əziz olan Dünya Azərbaycanlılarının həmrəylik günü kimi qeyd edilir.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hazırda ulu öndərin bu estafetini də uğurla davam etdirir. Hazırda ölkə başçısının gördüyü işlər, həyata keçirilən siyasət Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır.

Tədbirdə Azərbaycanın populyar və tanınmış incəsənət xadimlərindən əməkdar artistlər Lalə Məmmədova, Aygün Bəylər, Eyyub Yaqubov, Ənvər Sadıqov, kaman ustası Elnur Əhmədov, həmçinin Ayaz Qasımov, Nurlan Növrəsli, Leyla İdrisova, Nigar Cəlilova Vüsal Hacıyev Xalq artisti Teymur Göyçayevin bədii rəhbər və baş diricoru olduğu Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayəti ilə bəstəkar Aygün Səmədzadənin mahnılarını ifa etmişlər. Tədbir bəstəkarın «Azərbaycan» mahnısının kollektiv ifası ilə yekunlaşmışdır.

Sonda bəstəkar və musiqişünas, Əməkdar İncəsənət Xadimi Aygün Səmədzadə tədbirdə iştirak edən incəsənət xadimləri və Səbail rayon ictimaiyyətinin tədbirdə iştirak edən çoxsaylı nümayəndələri adından ölkəmizin Prezidenti cənab İlham Əliyevi doğum günü münasibəti ilə təbrik etmiş, ona möhkəm can sağlığı, xöşbəxtlik, Azərbaycanımızın tərəqqisi və inkişafı, xoşbəxt gələcəyi naminə göstərdiyi möhtəşəm fəaliyyətində müvəffəqiyyətlər arzulamışdır.

 

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti