!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səbaildə görkəmli sənətkar Рəşid Behbudovun xatirəsi anılıb

!Reklam – Yazi

????????????????????????????????????

Səbail rayonu Rəşid Behbudov adına 2 №-li Onbirillik musiqi məktəbində görkəmli müğənni Rəşid Behbudovun 100 illik yubileyinə həsr olunmuş geniş tədbir keçirilmişdir. Konsertdə Rəşid Behbudovun ailə üzvləri, respublikanın bir sıra tanınmış sənətkarları, Səbail Rayon İcra hakimiyyətinin nümayəndələri iştirak etmişlər.

Məktəbin xalq çalğı alətləri orkestri, birləşmiş xor kollektivi, skripkaçılar ansamblı rəngarəng proqram təqdim edilmişdir. Şagirdlərin ifasında Ü.Hacıbəylinin “Arşın mal alan operettası”ndan səhnə, bir sıra solo vokal çıxışlar , müxtəlif alətlərdə səslənən musiqi əsərləri Rəşid Behbudovun repertuarından mahnılar dinləyicilər tərəfindən böyük maraqla qarşılanmışdır.
Tədbirin sonunda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Mədəniyyət Şöbəsinin müdiri İsmayıl Sadıqov, xalq artisti maestro Rauf Abdullayev, Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko, Rəşid Behbudovun qızı Rəşidə xanım Behbudova dünya şöhrətli müğənni haqqında xatirələrini danışmışlar.

Uğurla keçən tədbiri Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi məktəbin direktoru Qəmər xanım Quliyeva öz çıxışı ilə yekunlaşdırmışdır.

www.yenicag.az

968
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv