!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səbaildə mühüm dəyirmi masa -Fotolar

!Reklam – Yazi

unnamed“Məcburi köçkün icmalarında yol təhlükəsizliyinin təmin olunmasının
aktual aspektləri” mövzusunda dəyirmi masa

Səbail rayon İcra Hakimiyyətində “Məcburİ köçkün icmalarında yol təhlükəsliyinin təmin olunmasının aktual aspektləri” mövzusunda dəyirmi masa keçirildi. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Həyat” Beynəlxalq Humanitar Təşkilatı tərəfindən icra olunan “Yol təhlükəsizliyinin və yol mədəniyyətinin artırılması istiqamətində tədbirlərin təşkili” layihəsinin yekun nəticələrinə həsr olunmuş tədbirdə dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, məcburi köçkün icmalarının və təhsil müəssisələrinin nümayəndələri iştirak edirdi.

Dəyirmi masanı giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev bildirdi ki, son illər Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi nailiyyətləri ölkəmizi regionun qüdrətli dövlətlərindən birinə çevirmişdir. Sosial sahələrin inkişaf etdirilməsi, bir sıra vacib infrastruktur layihələrinin reallaşdırılması həmin nailiyyətlərin əsas elementlərini təşkil edir. Nəqliyyat-yol sektorunun inkişaf etdirilməsi isə həmin nailiyyətlərin arasında mühüm yer tutur. Qeyd olundu ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev hazırda ölkə həyatının bütün sahələri ilə yanaşı, nəqliyyat-yol kompleksi, eləcə də yol təsərrüfatının sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərir və bu sahədə dövlət tərəfindən həyata keçirilən iri layihələrin miqyası ildən ilə genişlənməkdədir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra olunan “Yol təhlükəsizliyinin və yol mədəniyyətinin artırılması istiqamətində tədbirlərin təşkili” layihəsinin yekun nəticələri barədə danışan “Həyat” Beynəlxalq Humanitar Təşkilatının sədri Azər Allahverənov bildirdi ki, həqiqətən ölkəmizin yol infrastrukturu əvvəlki illərlə müqayisədə xeyli dəyişmiş, bu sahənin hərtərəfli inkişafı üçün çox böyük işlər görülmüş və hal-hazırda da görülməkdədir. Tam əminliklə qeyd olundu ki, Azərbaycanda yol infrastrukturunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilmişdir. Bununla yanaşı o da bildirildi ki, yol infrastrukturunun inkişaf etdirilməsi həm də yol təhlükəsizliyinin effektiv təmin edilməsini və bu sahədə yol mədəniyyətinin yüksək səviyyədə olmasını zəruri edir. Məhz bu səbəbdən həmin sahədə həyata keçirilən maarifləndirmə və məlumatlandırma kampaniyaları olduqca vacib tədbirlər silsiləsinə daxildir. Həmin tədbirlər cəmiyyətin bütün təbəqələrini, əhalinin bütün kateqoriyalarını əhatə etməli və bu sahədə icra olunan işlər hədəfli olmalıdır. Xüsusilə vurğulandı ki, əhalinin digər hissəsindən fərqli olaraq bu kimi tədbirlərdən aralı qalan məcburi köçkün icmalarının da həmin aksiyalara cəlb olunması məcburi köçkünlər arasında yol hərəkəti qaydalarının təbliğ olunmasına xidmət edir və bu kimi işlərin həm keyfiyyət, həm də kəmiyyət indikatorları artırılmalıdır.
Bakı Şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, Bakı şəhəri 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova, Qaçqın Qadın və Gənclər Mərkəzinin rəhbəri Zəminə Səfərova, “Digesta” Hüquq nəşriyyatının direktoru Ərşad Hüseynov və digər çıxışçılar yekdilliklə qeyd etdilər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində qazanılan nailiyyətlərin sırasında nəqliyyat-yol infrastrukturunun inkişafı mühüm yer tutur və Azərbaycan xalqı bu uğurların nəticəsini gündəlik həyatında görməkdədir.

Geniş müzakirələrin aparıldığı tədbirdə iştirakçılar tam əminliklə vurğuladılar ki, yol təhlükəsizliyinin təmin edilməsi və yol mədəniyyətinin artırılması cəmiyyətin bütün təbəqələrində və əhalinin bütün qrupları arasında aparılan maarifləndirmə və məlumatlandırma işinin sürətləndirilməsini və bu prossesə dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının, həmçinin KİV və bələdiyyələrin geniş şəkildə cəlb və səfərbər olunmasını zəruri edir.

 

www.yenicag.az

1211
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv