Səbuhi Abbasov: “Azərbaycan dünyaya demokratiya dərsi keçdi”

Müəllif: Redaktor

Editor

sabuhiÖtən gün ölkəmizdə V çağırış Milli Məclisə seçkilər keçirilib. Milli Məclisə seçkilərdə 125 yer uğrunda 767 deputatlığa namizəd mübarizə aparıb.

Bu barədə saytımıza Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov seçkiləri şərh edərkən qeyd edib. Seçkilərin kifayət qədər səmərəli keçdiyini vurğulayan S.Abbasov vətəndaşların seçkiyə böyük maraq göstərdiklərini qeyd edib: “Seçkilərdə müşahidə aparmaq üçün ümumilikdə 66 min müşahidəçi qeydiyyatdan keçib. Bura 40 təşkilatı, 27 ölkəni təmsil edən 501 beynəlxalq müşahidəçi də daxildir. Milli Məclisə seçkilərlə əlaqədar “ELS” Müstəqil Araşdırmalar Mərkəzi, “Rəy” Monitorinq Mərkəzi müstəqil, Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa), Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası isə “AJF & Associates İnc.” şirkəti (ABŞ) ilə birgə “exit-poll” keçiriblər. Bu şəffaflığı təmin edən ə vacib elementlərdən biridir. Mən paytaxt Bakıda 40-a yaxın ən qaynar seçki məntəqələrində oldum. Kifayət qədər insan axını müşahidə etdim. Eyni zamanda, seçki prosesinin gedişatında hər hansı bir qanun pozuntusu ilə qarşılaşmadım”

Budəfəki seçkilərin dünyada böyük maraqla izləndiyini deyən ekspert ölkəmizin sınaqdan üzüağ çıxdığını bildirdi: “Çox təəssüflə qeyd etməliyəm ki, bəzi beynəlxalq təşkilatlar bir neçə ildir ki, durmadan ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirirlər. Ölkəmizdə istər mədəniyyət, istər idman, istərsə də ictima-siyasi sahədə hansısa mühüm tədbirə imza atırsa bu təşkilatlar dərhal hərəkətə keçirlər. Aydın məsələdir ki, onların qərəzi sifarişin hardan gəldiyindən xəbər verir və ölkəmiz üçün heç bir əhəmiyyət kəsb etmir. Öz qara piar əməliyyatlarında yenə də sosial mediadan istifadə edən daha çox twitter platformasına üstünlük verdilər. Mediadan da gördünüz ki, tək yerli deyil, eyni zamanda, xarici müşahidəçilər də seçkilərin kifayət qədər şəffaf, azad və yüksək səviyyədə təşkil olunmuş şəkildə keçdiyini qeyd etdilər. “Azərbaycanda demokratiya yoxdur” deyənlər üçün bu sözün hər mənasında dərs oldu. Sevindirici haldır ki, hansı sosial şəbəkədə ölkəmizi ləkələməyə çalışdılarsa biz onların cavabını verməyə müəssər olduq. Bugün azərbaycan gəncliyi innovativ imkanlardan tam şəkildə yararlanma imkanına malikdirlər. Görünür qarşı tərəf bizim gücümüzü kifayət qədər analiz etməyi bacarmayıb. Bir daha qeyd edirəm ki, ölkəmiz dürmadan inkişaf edir və gələcəkdə biz daha da mühüm beynəlxaq tədbirlərə ev sahibliyi edəcəyik. Bu mənada hər birimiz ölkə rəhbərliyinin ətrafında sıx birləşərək milli maraqlarımızın müdafiəsi naminə bütün mümkün imkanlarımızı səfərbər etməliyik”.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir