Səbuhi Səfiyarlı: “Biz hörmətsizlik edib, belə danışıqlar aparmarıq”

Müəllif: Qafqaz Omarov

Editor

“Qəbələ” klubu “Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyevi sıralarına qatmaq istəyir.

İddiaya görə, gənc futbolçunun paytaxt klubu ilə müqaviləsinin olması bu yerdəyişməyə problem yaradır.

Bölgə təmsilçisi isə onun transferi üçün pul ödəməkdə maraqlı deyil. Onlar yalnız futbolçu “azad agent” statusu aldığı halda məsələnin müsbət həll olunacağını bildirirlər.

Xəbərin doğruluğunu öyrənmək üçün “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq. Məsələ ilə bağlı Yeniçağ.az-a danışan klub rəsmisi adıçəkilən oyunçu ilə danışıqlar aparmaq fikrində olmadıqlarını dedi:

“Bildiyimizə görə, Rəhmanın klubu ilə müqaviləsi var və biz digər komandaya hörmətsizlik edib, bu cür oyunçu danışıqları aparmarıq. Təbii ki, ölkədəki gənc ve istedadlı futbolçular kimi Rəhman da diqqətimizi cəlb edə bilər. Amma onunla aramızda bu və ya başqa mövzuda danışıqlar olmayıb. Müqavilə məbləği ilə bağlı mətbuatda yazılanlar da həqiqəti əks etdirmir”.

Aygün İlqarqızı
Yenicağ.Az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır