Yazı İçi 468×60

img1927820Adil Əliyev: “Problemlərinizin həlli seçkilərdə fəal olmaqdan, sıx birlikdən keçir”
Nərimanov rayonu 20 saylı ikinci seçki dairəsindən millət vəkilliyinə müstəqil namizəd olan Adil Əliyev seçki təbliğatı dövründə seçiciləri ilə izdihamlı görüşlər keçirib. Həmin görüşlərə millət vəkilliyinə namizədin yüzlərlə tərəfdarı qatılıb. Bundan başqa Adil Əliyev onun namizədliyini dəstəkləyən müxtəlif cəmiyyət və təşkilatların çoxsaylı nümayəndələri ilə mütəmadi görüşlər keçirib.

Millət vəkilliyinə namizəd hər köşəsini, hər küçəsini yaxşı tanıdığı dairəsini qarış-qarış gəzərək məhəllə sakinləri qarşısında çıxışlar edib, sakinlərin fikir və təkliflərini dinləyib, onların suallarına cavab verib. Ən vacibi odur ki, seçki olmadan da Adil Əliyevin qərargahı seçicilərinin üzünə daima açıqdır. “Millət vəkili olaraq seçicilərimizin qarşısında verdiyimiz vədləri yerinə yetirmək bizim ən ümdə borcumuzdur. Biz məhz bu amili fəaliyyətimizdə əsas götürmüşük” – deyən Adil Əliyev hər görüşdə seçicilərinin hər hansı probleminin onun da problemi olduğunu vurğulayıb. Məhz buna görədir ki, sakinlər iki dəfə (2005 və 2010-cu illər) Adil Əliyevə etibar edib onu millət vəkili seçiblər. Bu inam əsasında Adil Əliyev rəqibləri üzərində qətiyyətli qələbələr qazanıb və növbəti inamlı qələbəsinə hazırlaşır.

Adil Əliyev seçiciləri qarşısında çıxışlarında Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf strategiyasının bu gün ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdiyini ifadə edib: “Bu isə özlüyündə qətiyyət amilidir. Əlbəttə ki, bu siyasət Azərbaycanın Cənubi Qafqaz bölgəsində ən güclü dövlətə, eləcə də dünyada öz sözünü deyə bilən ölkəyə çevrilməsinə zəmin yaradıb. Bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin fonunda ölkəmiz bir çox uğurlara imza atıb”.

Adil Əliyev ölkəmizin üzləşdiyi bəzi problemləri də dilə gətirir və bunların həllində dövlət başçısına dəstək verilməsinin vacibliyini bildirir: “İqtisadiyyatda xeyli uğurumuz var, sosial sahəyə diqqət ildən-ilə artırılır. Ancaq prezidentimizin də qeyd etdiyi kimi neqativ hallar da var ki, onlar ümumi inkişafımıza mane olur. Prezidentimiz deyir ki, sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalıdır, onlardan rüşvət alınmamalıdır. Biz neftin qiymətlərinə ümid edə bilmərik. Yeni açılan iş yerlərini qorumaq və yenilərini açmaq lazımdır ki, həm məşğulluq, həm də insanların rifah halı artsın. “Əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün, büdcəmiz nə qədər arta bilərdi?! Buna nə qədər dözmək olar?! Artıq qurtardı, yəni hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq” – deyən prezidentimizin bu sözlərindən hamı nəticə çıxarmalıdır. Nəticə çıxarmayanların acı taleyini bugünlərdə diqqətlə izləyirik”.

Adil Əliyev aparılan siyasətin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, inkişafına, xalqımızın rifahına xidmət etdiyini deyərək, qarşıda yeni planların, yeni ideyaların olduğunu da qeyd edib. Adil Əliyevin seçiciləri qarşısında çıxışlarının leytmotivini bu sözlər təşkil edir: “Mən hər zaman sizlərin problemlərini dinləyir, həllinə çalışıram. Bundan sonra da mənə etimad göstərsəniz, bu istiqamətdə fəaliyyətimi davam etdirəcəyəm. Elə namizədlər var ki, sizə fantastik vədlər verirlər, amma mən vəd vermirəm, deputat səlahiyyətim çərçivəsində sizlər üçün əlimdən gələni etməyə çalışıram və yenidən seçiləcəyim təqdirdə sizlərin yardımçısı olacağam”.

“Problemlərinizin həlli seçkilərdə fəal olmaqdan, sıx birlikdən keçir” – deyən Adil Əliyev sonda seçicilərinə bu ifadə ilə müraciət edir “Hər birinizi doğru seçim etməyə çağırıram”. Adil Əliyev və tərəfdarları seçkiyə barmaqlarını bükərək 3 rəqəmini göstərərək başladılar və bu işarə ilə də təbliğatlarını uğurla yekunlaşdırdılar: “Üçüncü sırada (seçici siyahısında Adil Əliyevin ismi üçüncüdür), üçüncü sınaq, üçüncü qələbə!”. Necə deyərlər, atalar üçdən deyib! Sonda seçkilərin ədalətli və şəffaf keçirilməsini şübhə altına almaq istəyənlərə müraciət edirəm: Bəzi müxalifət partiyaları seçkilərə əvvəlcədən qatılmadı, digərləri isə son anda seçkilərdə iştirak etməkdən imtina etdi. Halbuki, seçki təbliğatı dövründə kimsə onları sıxışdırmamışdı, qeydiyyat problemləri də yox idi. Müxalif qüvvələrə hər cür şərait yaradılıb ki, seçkilərdə güclərini sınasınlar. Sadəcə, onlar bu imkandan istifadə etmək istəmədilər. Özünə güvənən və inanan partiya və siyasətçi seçkidə iştirak edər və hansı gücə malik olduğunu cəmiyyətə göstərərdi. Deməli seçkidən imtina edənlər öz güclərinə inanmırlar. Dövlətimiz demokratik seçki keçirməyə də, legitimliyi heç bir şübhə doğurmayan parlament formalaşdırmağa da qadirdir! Buna xalqımız qərar verir, seçkiləri müşahidə etməkdən imtina edən və bu yolla erməni lobbisinin havadarlarına çevrilən beynəlxalq təşkilatlar yox!

Adil Əliyevin Seçki Qərargahı

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 31
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."