!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Seçki kampaniyalarında müasir texnologiyalar

!Reklam – Yazi

2015-07-17-16-08-00sdddddNoyabrın 1-də ölkəmizdə mühüm dövlət tədbiri sayılan Milli Məclisə seçkilər keçiriləcək. Bir müddətdir ki, bizlər bu seçkidə qalib gəlmək istəyən namizədlərin yarışını izləməkdəyik. Seçki prosesində namizədlər və siyasi partiyalar tərəfindən müasir seçki texnologiyalarından geniş istifadə edilməkdədir. Müasir seçki texnologiyalarının əsasını İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) təşkil edir. Məlumat üçün bildirək ki, İKT həm də müasir dövrdə insan həyatının ayrılmaz hissəsinə çerilmişdir. Məhz bu səbəbdən seçki prosesində siyasi partiyaların və namizədlərin təbliğat-təşviqat kampaniyalarının təşkilində müasir texnologiyalardan geniş istifadə edilir.

Təbliğat-təşviqat kampaniyasının əsasını siyasi partiyanın və ya namizədliyini irəli sürmüş şəxsin fikirlərini, platformasını, mesajını seçiciyə çatdırmaq təşkil edir. Geriyə boylansaq görərik ki, hazırkı seçki kampaniyaları 10-20 il öncəsinin seçki kapmaniyalarından xeyli fərqlənir. Bu fərqliliyin ana səbəblərindən biri, bəlkə də birincisi müasir texnologiyaların inkişafı və yeni-yeni ünsiyyət vasitələrinin insanların həyatlarına daxil olmasıdır.

70-ci illərin seçki kampaniyalarında ən təsirli və həlledici rola malik elektron vasitə televizor və radio idi. Seçki prosesində bu iki vasitədən ustalıqla yararlanan tərəfin qalib gəlmə şansı daha çox olurdusa. Son 20 ildə kompyuter texnologiyalarının inkişafı sayəsində internet, mobil telefon kimi yeni ünsiyyət vasitələrinin təşəkkülü və insanlar tərəfindən kütləvi istifadəsi seçki kompaniyalarında onlardan aktiv istifadə zərurəti yaratdı.
Seçki kampaniyalarında müasir texnologiyalardan istifadə etməkdə məqsəd qərarsız seçici, bəzən də “üzən səs” (floating vote) adlanan kütlənin səslərini qazanmaqdır. Seçki texnoloqları seçki prosesində müasir texnologiyaları əsasən iki yolla tətbiq edirlər:
1. İnternet.
2. Mobil telefon.
Seçki kampaniyaları zamanı intenetdən
1. Bloglar
2. Videolar
3. Elektron məktublar
4. Sosial şəbəkələr
5. Veb saytlar
vasitəsi ilə istifadə edilir.
Bloglar: İlk blog 1997-ci ildə amerikalı Con Berger tərəfindən “web log” adı altında yaradılmışdır. Con Berger “Robot Wisdom” adlı internet gündəlikdə “logging the web”, yəni “şəbəkədə gündəlik yaratmaq” sözünü qısaldaraq “web log” kimi işlətmişdir. Daha sonra 1999-cu ildə “Peterme” blogunun yaradıcısı Piter Merholz tərəfindən “we blog” yəni biz blog yaradırıq kimi işlədilməyə başlandı. Tədricən internet istifadəçiləri tərəfindən “we blog” yerinə qısaldılmış olaraq “to blog” və nəhayətdə “blog” termini qəbul edilərək beynəlxalq termin halına gəlmişdir. İnsanları məlumatlandırma əhəmiyyətinə görə bloglar yazılı mətnlər və fotolardan ibarət internet informasiya vasitəsidir. Bloq məlumat paylaşılan, rəylər yazılan ünsiyyət vasitəsidir. Blog adminlərinə blogger deyilir. Blogerlərin öz fikirlərini geniş kütləyə çatdırmasında bloglar mükəmməl vasitədir. Bloglar məzmuna görə 5 qrupa bölünür.
1. Daxili bloglar. Hansısa qurumun və ya qrupun daxili blogu. Bu blogda yazılanlar və xəbərlər yalnız həmən qurumların işçilərini əhatə edir.
2. Xarici bloglar.
3. Xüsusi mövzu blogları.
4. Dəstəklənən bloglar.
5. Şəxsi bloglar. Bu bloglar xüsusən bloggerlərin istifadə etdiyi şəxsi fikirlərini ifadə etmək, yazılarını və məqalələrini paylaşmaq məqsədilə yaradılır.
Son illər blogların sayının və internet istifadəçiləri tərəfindən bloglardan istifadənin sürətlə artması, insanların məlumat üçün mütamadi olaraq bloglara müraciət etməsi, namizədlərin və siyasi partiyaların diqqətini çəkmişdir. Nəticədə əhəmiyyətli bloglar seçki kampaniyalarının vazkeçilməz tərkib hissəsinə çevrilmişdir. Seçki kampaniyasında müasir texnologiyalardan – internetdən və xüsusən də bloglardan faydalanaraq seçkini qazanan Amerika prezidenti Barak Obamanı nümunə kimi göstərmək olar. Barak Obamanın seçki kompaniyası zamanı sosial şəbəkələrdə və seçki kampaniyasının veb saytında MyBarackObama (mənim BarackObamam) adlı onlayn qrup yaradıldı. Tezliklə qrup üzvlərinin sayı bir milyonu keçdi və üzvlərə kampaniya könüllüsü olaraq Barak Obamanı dəstəkləyən bloglar açmağa çağıran mesajlar, e-məktublar göndərilməyə başlandı.
Videolar: Seçki kampaniyalarında video roliklər izləyicilərə və onların verəcəkləri səslərə təsir baxımından mühüm təbliğat vasitələrindən sayılır.
Seçicilərə istiqamətlənmiş video roliklər əsasən 6 qrupa bölünür.
1. Namizəd tərəfindən seçicilərə müraciət.
2. Vətəndaşların siyasi partiyaya, namizədə video formatında suallar verməsi və bu videoların www.youtube.com saytına yerləşdirməsi.
3. Namizəd tərəfindən insanların ona ünvanlanmış sualları qruplaşdıraraq video formatında cavablandırması və həmən videonun www.youtube.com saytına yerlışdirilməklə daha geniş kütləyə çatdırılırması.
4. Namizədin həyatından və fəaliyyətindən bəhs edən video roliklər.
5. Müğənnilərin və könüllülərin iştirakı ilə namizədi təbliğ edən kliplərin və digər videoların hazırlanıb internetə yerləşdirilməsi.
6. Seçki kampaniyasını həyata keçirənlər tərəfindən xüsusi olaraq hazırlanmış təbliğat xarakterli video roliklər.
Təbii ki, təkcə videoların lentə alınması və internetə yerləşdirilməsilə bu iş bitmiş sayılmaz. Əsas məsələ geniş kütlənin bu videoları izləyə bilməsidir. Videonun sosial şəbəkələrdə, qruplarda və səhifələrdə, hətta mobil telefonlarda paylaşılmasını təmin etmək lazımdır.
Elektron məktublar: İnternet istifadəçilərinin sayının sürətlə artığı və hər bir internet istifadəçinin e-mail adresə sahib olmasını nəzərə alsaq seçicinin e-mail adresinə mütəmadi e-məktubların göndərilməsi maddi baxımdan çox sərfəli olmaqla yanaşı, həm də geniş seçici kütləsinə müraciət etmək baxımından da sərfəli vasitədir.
Seçki kampaniyalarında e-məktubların vətəndaşlara göndərilməsinin iki əsas hədəfi vardır.
1. Namizədin və ya siyasi partiyanın seçki platformasının əksini tapdığı və vətəndaşı səs verməyə dəvət e-məktubu.
2. Namizədin və ya siyasi partiyanın seçki platformasının əksini tapdığı və eyni zamanda könüllü olaraq bu məktubu bütün tandıqlarınla paylaşmağa dəvət e-məktubu.
Sosial şəbəkələr:İnsanların istifadə etdiyi ən kütləvi ünsiyyət vasitəsinə çevrilmiş sosial şəbəkələrin önəmini anlayan siyasi partiyalar artıq seçki kampaniyalarının təşkilində sosial şəbəkələrdən geniş istifadə etməyə başlamışlar. Seçki prosesində daha çox istifadə edilən 3 sosial şəbəkə aşağıdakılardır.
1. Facebook.com
2. Twitter.com
3. Myspeace.com
Sosial şəbəkələrin ictimaiyyətə təsir gücünü yaxşı hesablaya bilmiş Qərb dövlətlərində namizədlər seçki təbliğatını təşkil etmək məqsədilə sosial şəbəkələrlə işləyən xüsusi qruplar təşkil edir və proqramlar hazırlayırlaraq bu imkandan maksimum dərəcədə yararlanmağa çalışırlar. Azərbyacandada son illər bu sahədə xeyli aktivlik hiss olunur. Məsələn Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin twitter.com-da Azərbaycan və ingilis dilindən istifadə etməklə iki profili mövcuddur. Azərbaycanca istifadə etdiyi profilin 62.385, ingiliscə profilinin isə 53.596 izləyicisi vardır. Azərbaycanda seçki öncəsi sosial şəbəkələrdə aktivlik əsasən azərbaycanlılar arasında daha çox istifadə edilən facebook-da hiss olundu. Facebookda İlham Əliyevi dəstəkləyən çoxlu qruplar və səhfələr yaradılıb. Bu qrupları iki yerə bölmək olar.
1. Ümumrespublika səviyyəli qrup və səhifələr.
2. Bölgələrin aktiv gəncləri tərəfindən yaranan, həmən bölgənin və rayonun adına olan qrup və səhifələr.
Almaniyada seçki öncəsi baş nazirliyə namizədlər Angela Merkel ile Peer Steinbrück “facebookda” öz mesajlarını və vətəndaşlarla birgə rəsimlərini paylaşırdırlar. Angela Merkelin facebook profilinin 345 min izləyicisi var. Türkiyə baş naziri Rəcəb Teyyub Ərdoğanın isə twitter profilindən izləyicisi isə 3 milyon nəfəri keçmişdir.
Siyasi liderlər və siyasi xadimlər seçki prosesində sosial şəbəkələr vasitəsiylə xalqa öz mesajlarını çatdırır və müraciətlər edirlər. Sosial şəbəkələrdən seçki kampaniyasında daha səmərəli istifadə edən Amerika prezidenti Barak Obama və onun seçki qərargahı olmuşdur. Bu kampaniyada Barak Obama və onun komandası demək olar ki, hər üç sosial şəbəkədən (Facebook.com, Twitter.com, Myspeace.com) aktiv iştifadə edərək seçkilərdə rəqiblərindən bir addım öndə olmuşdur. Məsələn Barak Obama və onun seçki qərargahı sosial şəbəkələrlə işləyən xüsusi qrup təşkil etmişdir. Könüllülərdən ibarət olan bu qrup sosial şəbəkələrdə Barak Obamanın şəkillərini və mesajlarını paylaşaraq onun təbliği ilə məşğul olurdu. Barak Obamanın tvitter profilində 35 milyondan çox izləyici var ki, bu da həm seçki dönəmində, həm də ümumiyyətlə Obamanın mesajlarını insanlara çatdırmaq üçün kifayət qədər təsirli vasitədir.
Veb saytlar: Seçki prosesində əhəmiyyətli təsirə malik olan vasitələrdən biri də veb saytlardır. Veb saytlar internetin ən əsas ünsürüdür və rəsmi statistikaya görə dünyada internetdən istifadə edənlərin sayı 2 milyarddan çoxdur. İnternetdə müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən saytlar mövcuddur. Namizədlər seçki zamanı internet saytlarından iki cür istifadə edirlər.
1. Şəxsi itnernet saytlarını açırlar.
2. Müxtəlif internet saytlarında öz reklamlarını yerləşdirirlər.
İnternet imkanlarından maksimum dərəcədə yararlanaraq bu sahədə böyük uğura imza atmış Amerika prezidenti Barak Obama 2008-ci il prezident seçkiləri dönəmində internetdə seçki təbliğatının təşkili məqsədilə facebookun 3 qurucusundan biri Chris Hughesi seçki qərargahına dəvət edərək internet sahəsində təbliğatın təşkili işinə cəlb edir. Bundan öncə çox az istifadəçnin daxil olduğu barackobama.com saytında Chris Hughesin bir sıra yeniliklər tətbiq etməsi sayta daxil olanların sayının artrmasına səbəb olur. Məsələn, Chris Hughesin təklifilə əsasən gəncləri sayta daxil olmağa həvəsləndirmək üçün telfonlar üçün pulsuz melodiya yükləmə xidməti tətbiq edilir. Belə bir yenilik effekt verir və ciddi nəticə əldə edilir. Bu da eyni zamanda seçki prosesində namizədin xeyrinə işləyir.
Türkiyədə seçki kampaniyasının təşkli zamanı seçkilərdə qalib gəlmiş AKP tərəfindən seçki öncəsi millət vəkilliyinə namizəd partiya üzlərinin təbliği üçün hər bir namizədin şəxsi saytı yaradıldı və kütləvi istifadə edildiyi nəzərə alınaraq Microsoft şirkətilə ilə MSN və yahoo saytlarında AKP-nin reklamlarının yerləşdirməsi barədə müqavilə bağlanıldı.
Mobil telefonlar: Seçki ərəfəsində siyasi partiyaların və ya namizədliyini irəli sürmüş şəxslər seçki kampaniyalarıının effektli olması, hər kəsi əhatə edə bilməsi üçün bütün mümkün vasitələrdən yararlanmağa çalışırlar. Yarandığı 20 il ərzində sadədən mürəkkəbə doğru inkişaf yolu keçən, yalnız mobil ünsiyyət vasitəsi deyil eyni zamanda (oyun, internet, foto, video və foto kamera) kimi bir çox xüsusiyyətlərlə malik olan, hər kəsin həyatına daxil olmuş ünsiyyət vasitələrindən ən önəmlisi mobil telefonlardır.
Mobil telefonlardan seçki kampaniyası prosesində 3 formada istifadə edirlər.
1. Smslərin göndərilməsi və alınması: Seçki prosesində mobil telefonlardan namizədi və ya partiyanı təbliğ edən smslərin (şüarlar da ola bilər) göndərilməsi.
2. MMS-lərin göndərilməsi və alınması: Seçki prosesində mobul telefonlardan namizədin və ya partiyanın reklamı məqsədilə şəkillərinin çəkilib MMS-lə yayılması.
3. Sosial şəbəkələrə daxil olmaq vasitəsi kimi: Son zamanlar funksiyaları və imkanları genişlənmiş telefonlar təkcə səsli danışıq vasitəsi kimi deyil həm də internetə daxil olmaq vasitəsi kimi də istifadə olunur. Seçki kampaniyası zamanı telfon vasitəsilə internetə şəkillər, videolar yükləmək, sosial şəbəkələrdə siyasi partiya və yaxud namizədin təbliğatı məqsədi ilə şəkil, vido paylaşmaq, statuslar yazmaq, emaillər göndərm mümkündür. Amerikadakı 2008-ci il prezident seçkilərində namizədlər tərəfindən BlackBerry telofonlarından emaillərin oxunması və təqib edilməsi vasitəsi kimi geniş istifadə edilmişdir.
4. Vatçap (Whatsapp) mesajların göndərilməsi və alınması: Seçki prosesində mobil rabitənin son yeniliklərindən olan vatçap proqramı vasitəsilə smslərin göndərilməsi və qəbul edilməsi ilə namizədlərin və siyasi partiyaların təbliğatı aparıla bilər.
Azərbaycanda keçirilən 2013-cü il prezident seçkilərində İKT-dən istifadə sahəsində maraqlı yeniliklər tətbiq edilmişdir. Xüsusən gənclər tərəfindən facebook sosial şəbəkəsində prezident İlham Əliyevə dəstək qrupları yaradılmış və bu qruplarda cənab prezidentin siyasi fəaliyyəti, xarici səfərləri, gördüyü işlər barədə mütamadi paylaşımlar həyata keçirilmişdir. Eyni zamanda ölkmizdə İKT-dən istifadə etməklə seçkilərin demokratik və şəffaf keçirilməsində maraqlı layihələr tətbiq edilməkdədir. Azərbaycanda seçki prosesində İKT-in ilkin tətbiqinə 2000-ci ildə “Seçkilər” Avtomatlaşdırılmış İnformasiya Sisteminin yaradılması ilə başlanılmışdır. Son illərdə seçki məntəqələrində optik kabellərlə quraşdırılmış veb-kameraların köməyi ilə istər vətandaşlar, istərsə də beynəlxalq təşkilatların nümayəndələri üçün evlərində və yaxud ofislərində əyləşib seçki məntəqələrində səsvermə prosesini müşahidə etmək imkanı yaradılmışdır.

Bu qısa araşdırma sübut edir ki, dünyada və Azərbaycanda seçki kampaniyalarının aparılması və seçkilərin keçirilməsi prosesində müasir texnologiyalardan istifadə yeni olsa da ictimai fikrə təsir baxımından olduqca təsirli vasitədir və müasir texnologiya istifadəçilərinin sayı artdıqca əhəmiyyəti daha da artacaqdır.

Fərman Salmanlı
Hökməli Bələdiyyəsinin sədr müavini, hüquqşunas

www.yenicag.az

643
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv