www.sinerjipro.net

SinerjiProWide
Reklam

 

resized_fcade-7417c820mansetckucuk2AK Partiyanın 1 noyabr seçkisində yüzdə əlliyə yaxın səs alması Paralel Dövlət Şəbəkəsinin lideri Fətullah Güləni qəzəbləndirdi. Günlük söhbətində Ərdoğan və AK Partiya haqqında nalayiq sözlərdən istifadə edən Gülən həm də qızışdırıcılıq etməkdən çəkinmədi.

Yenicag.az xəbər verir ki, seçki bitdikdən sonra AK Partiyanın sədri Əhməd Davudoğlu “Biz 78 milyonun hökuməti olacağıq” deyə, siyasi barış mesajı verdiyi halda, Gülən iqtidar partiyasının CHP, MHP və digər müxalif görüşlüləri kafir olaraq gördüklərini iddia etdi. Xüsusilə, mühafizəkar Milliyyətçi Hərəkat, Səadət və Böyük Birlik Partiyalarının adlarını çəkərək, bu partiyaları AK Partiyaya qarşı qızışdırıcılıq niyyətindən əl çəkmədiyini ortaya qoydu.

Gülən həmin videosunda AK Partiya haqqında isə “kitabsızlar”,  “sünnətsizlər”, “nadanlar” kimi islami ədəbiyyatda çox ağır olan təhqiramiz ifadələrə yer verdi.

Psixoloqlar artıq Türkiyədə qara günlərinin başladığını bildiyi üçün Gülənin ruh halının pozulduğunu və normal düşünmə imkanını getdikcə itirdiyini bildirirlər. Camaat içərisindəki ərimə və parçalanma, Ərdoğanın qərarlı şəkildə şəbəkənin üzərinə gəlməsi, ən başlıcası da AK Partiyanın bitəcəyini düşündükləri seçkidən qələbə ilə çıxması Gülənin psixologiyasını alt-üst edib.

Bu səbəbdən də, özlərinin dedikləri “Hizmət adamı”, “islam alimi” sadə müsəlmana belə yaraşmayan şəkildə danışıb.

Həmin videonu təqdim edirik:

https://www.youtube.com/watch?v=dsxz5BuRDMY

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 73
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."