yenicag.az
yenicag.az

Seçkiyə qatılan şair: “Xətainin soyundanam…”

Seçkiyə qatılan şair: “Xətainin soyundanam…”

Müəllif: Redaktor

Editor

1444682763Şair Əli Hacı Ağaevlinin çağdaş poeziyamızda özünəməxsus yeri var. O, həm də siyasi fəaliyyəti ilə də seçilir. Şah İsmayıl Xətainin nəslindən olduğunu iddia edən şair DAK-ın fəal üzvlərindəndir.

Yenicag.az parlament seçkilərində deputatlığa namizədliyini irəli sürən şairlə müsahibəni təqdim edir.

– Əli bəy, bir neçə şeir kitabının müəllifisiniz. Eləcə də haqqınızda filmlər çəkilib, kitablar yazılıb. Amma nədənsə özünüzü gündəmə gətirməkdən uzaqsız. Bu təvazökarlıqdandır, yoxsa?..

– Ədəbi taleyimdən narazı olmasam da, heç vaxt “mən varam” deyib özümü gündəmə gətirməmişəm. Kitablarım, şeirlərim özünün həqiqi oxucusunu tapıb. İndiyə kimi beş kitabım işıq üzü görüb. Haqqımda iki sənədli film çəkilib. Sağlığında haqqında dərslik buraxılan yaradıcı adamlardan biriyəm. Mənim yaradıcılığımın əsas hissəsini min illərin sınağından keçib gəlmiş səmavi söz – sufi yaradıcılığı təşkil etdiyinə görə bir az zövqdən və təbliğatdan yuxarıdayam. Hamıya qapısı açıq olan ürfani sözlərin öz adamları var. Sizlər başda olmaqla, onlar da dəyər və təbliğatını verir.

– Uzun illərdir diaspor sahəsində fəaliyyət göstərirsiniz. Müşahidələriniz necədir: soydaşlarımız ölkəmizdən kənarda ölkəmizlə bir nəfəs ala bilir?

– İyirmi ilə yaxındır ən böyük diaspor təşkilatımız olan Dünya Azərbaycanlıları Konqresində fəaliyyət göstərirəm. Sıravi üzvlükdən Məclis sədrinin birinci müavini postuna qədər yol gəlmişəm. Diaspor təşkilatındakı fəaliyyətimə görə Birləşmiş Millətlər Təşkilatının Sülh Federasiyasının “Sülh səfiri” adına layiq görülmüşəm. Qaldı kənarda yaşayan soydaşlarımıza, onların hər birinin birlikdə və ayrı-ayrılıqda Azərbaycanın tanınmasında rolları var. Vətənimiz haqqında apardıqları tanıtım mübarizəsi onların Azərbaycanla nəfəs alması, hər birinin ölkəmizin bir parçası olması deməkdir.

– Əli müəllim, seçkilərə qatılmağa qərar verdiniz. Parlamentdə olmanız seçicilərinizə hansı şansı verə bilər?

– Öncədən namizədliyimi bitərəf kimi verib dəstəkləyən Vətəndaş Həmrəyliyi Partiyasına və onun rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Yəqin ki, Xətai soyundan olan bir adamın Xətai rayonundan namizədliyini verməsi təsadüf deyil. Orada yaşayan əhalinin 70 faizini şəxsən tanıdığıma görə bu addımı atmışam. İxtisasca hüquqşünas olmağım qanunların tərtibi və qəbul olunmasında Milli Məclisə yardımçı və digər tərəfdən də diaspor fəaliyyətimdə qarşımıza çıxan maneələri aradan götürməkdə kömək olar. Söz seçicilərindir(Axar.az).

Müsahibə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti