Sədrəddin Soltan: “İranın əsas qorxusu Azərbaycan və onun varlığıdır”

Sədrəddin Soltan: “İranın əsas qorxusu Azərbaycan və onun varlığıdır”

Müəllif: Redaktor

Editor

img_7934-1İran prezidenti Həsən Ruhaninin Ermənistana gözlənilən səfəri işğalçı ölkəyə dəstəyin davamı kimi qiymətləndirilir. Azərbaycanla eyni dini paylaşan İran Ermənistanla əlaqələri genişləndirməkdə davam edir. İran prezidenti Həsən Ruhaninin Ermənistana nəzərdə tutulan növbəti səfəri də bunun təsdiqidir. Göründüyü kimi, İslam dəyərlərinin müdafiəçisi qismində çıxış etdiyini bəyan edən bir ölkə işğal siyasəti yürüdən xristian Ermənistanla sıx əlaqələrini daha da genişləndirir.

Nədən İran üçün İslam düşməni olan, məscidləri, İslam dəyərlərini yox etməyə çalışan işğalçı Ermənistanla əlaqələr bu dərəcədə vacibdir? İran niyə belə bir məkrli siyasət yürüdür?

Siyasi şərhçi Sədrəddin Soltan bu barədə Yenicag.Az-a açıqlamasında bildirib ki, əslində, müsəlman ölkəsi olan İranın işğalçı Ermənistanla isti münasibət qurması təkcə ermənilərə bağlı məsələ deyil. Burada Rusiya faktoru da var:

“Bu həm də Rusiya-İran münasibətlərindən doğan bir yanaşmadır. Rusiya ilə İran müttəfiqdir. Müttəfiq olduqlarına görə də hər ikisi Ermənistanı müdafiə edir. Bundan başqa, fars rejimi həm də Ermənistan vasitəsilə Azərbaycana təzyiq etməyi düşünür. İran hakimiyyətinin dünyada ən ehtiyat etdiyi dövlət Azərbaycan Respublikası və onun varlığıdır. Azərbaycan dövlətinin mövcudluğu Tehran rejiminin yuxusuna həmişə haram qatıb. Ümumiyyətlə, İran İslam Respublikası adlansa da, əslində, rejim fars imperiyası xəyalları ilə yaşayır.

Məsələn, İranın qonşu müsəlman dövlətlərinin heç biri ilə xoş münasibətləri yoxdur. Azərbaycanla üzdə xoş məramlı iqtisadi, siyasi, mədəni əlaqələrdən dəm vursalar da, reallıqda İranın şovinist siyasəti üzündən ziddiyyətlər qalmaqdadır. Bütün bunlar onu göstərir ki, İran İslam pərdəsi altında sadəcə olaraq, özünü qoruyur. Onun əsasında isə bölgədəki iddialı hikkəsini həyata keçirmək durur.

Başqa sözlə, İran bölgənin tək aparıcı gücü olmaq istəyir. Bu yaxınlarda İranın Ali dini rəhbəri Ayətullah Seyid Xamneyi Fələstinin “İslam cihad təşkilatı” rəhbərilə görüşündə vurğuladı ki, müsəlman ölkələri əlbir olsa, İsrail məhvə sürüklənər. İslam dövlətləri hansı əsaslarla bir olsun ki, ideyanın daşıyıcısı olan İranın özünün digər müsəlman dövlətləri ilə normal münasibətləri yoxdur. İran hakimiyyəti xristian Rusiya, Venesuela, Çinlə, ərazilərimizi işğal edən Ermənistanla əlaqələri genişləndirməyə can atır. Amma müsəlman ölkələri ilə münasibətlərdə İranın xristian ölkələrinə bəslədiyi səmimiyyəti təəssüf ki, görmürük. Ona görə də İran-Ermənistan münasibətləri rejimin panfarizm siyasəti aparması səbəbindən bu cür qalmaqda davam edəcək. Hətta bir sıra fars dilçiləri iddia edir ki, erməni dili ilə fars dili qohum dillərdir. Bu mənada bəzi fars alimləri ermənilərə özlərinin qan qardaşı kimi baxırlar”.

 

ELÇİN

Yenicag.Az

Siyasət, Araşdırma, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti