Yazı İçi 468×60

586Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının koordinatoru Əliməmməd Nuriyev Koalisiyanın fəaliyyəti ilə bağlı bəyanat verib.
Bəyanatda qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü İdarə Heyətinin sədri xanım Kler Şortla görüşündən sonra Koalisiyanın fəaliyyətinin genişləndirilməsi, mövcud problemlərin həll olunması ilə bağlı çox ciddi addımlar atılıb və atılmaqdadır.
MSŞA QHT Koalisiyasının fəaliyyətinin genişləndirilməsi üçün qrant vəsaitlərinin ayrılması, Koalisiya üzvlərinin üzləşdikləri ayı-ayrı problemlərin həlli ilə bağlı müvafiq dövlət qurumları ilə müzakirələr aparılır. Bu müzakirələrin nəticəsi olaraq problemlər  həllini tapmaqdadır:
“Koalisiya Azərbaycanın Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsündə iştirakının ölkəmiz üçün  önəmini vurğulayaraq , vətəndaş cəmiyyəti təmsilçilərinin və Koalisiya üzvlərinin üzləşdikləri problemlərin həlli istiqamətində təşəbbüsləri təqdir edir və müvafiq dövlət qurumları ilə dialoq, əməkdaşılıq çərçivəsində  bu istiqamətdə yaxın gələcəkdə daha ciddi irəliləyişlər əldə olunacağına əminliyini bildirir”.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 28
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."