!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Səfir dördqat dünya çempionumuzla görüşdü – FOTO

!Reklam – Yazi

dordqatPeşəkar boks üzrə Avropa və dördqat dünya çempionu Azad Əzizov Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənovla görüşüb.

Almaniyada yaşayan boksçumuz Yeniçağ.Az-a açıqlamasında bildirib ki, səfirlə görüşü zaman həm özünün, həm də rəhbəri olduğu qurumun gələcək planlarından danışıb:

“Ümumiyyətlə, hər ilin sonunda Berlin şəhərində Azərbaycanın Almaniyadakı Səfirliyində cəmiyyət rəhbərləri ilə görüş keçirilir. Bu görüşə Almaniyada Odlar Yurdu İdman Təşkilatının rəhbəri kimi mən də dəvət almışdım. Səfir cənab Ramin Həsənovla qarşıda baş tutacaq peşəkar yarışlardan danışdıq. Həmçinin qurumun illik fəaliyyətinin hesabatını da dinlədilər”.

Xatırladaq ki, Azad Əzizov 9 ildir ki, Almaniyada döyüşür. A.Əzizov karyerası ərzində 36 görüş keçirib. Bunlardan 17-sini nokautla başa vurub.

 

Aygün İlqarqızı
Yenicağ.Az

www.yenicag.az

762
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv